Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı

Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı
01.06.2026 03:00 Dünya

ABŞ-nin məşhur "Metallica" qrupu Almaniyada keçirilən konsertlər üzrə tarixi tamaşaçı rekordunu yeniləyib.

TodayPress TV xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, qrupun Berlin şəhərində yerləşən "Olympiastadion Berlin" stadionunda baş tutan konsertinə 95 min tamaşaçı qatılıb. Bu göstərici həmin arenada 2009-cu ildə çıxış edən "U2" qrupunun rekordundan təxminən 5 min nəfər çoxdur.

Konsert zamanı "Metallica" pərəstişkarlarının ən çox sevdiyi hit mahnılar, o cümlədən "Master of Puppets" və "Enter Sandman" səsləndirilib.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər