Ermənistana qəzəb BÖYÜYÜR: İrəvan sanki Kiyev olub...

Ermənistana qəzəb BÖYÜYÜR: İrəvan sanki Kiyev olub...
08.05.2026 15:18 Təhlil

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfərindən sonra Ermənistan-Rusiya xəttində yeni gərginlik yaşanıb.

Belə ki, Zelenskinin İrəvandakı çıxışına Rusiya tərəfinin cavabı gecikməyib.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova:

“Kiyev Moskvada 9 May şənliklərinə qarşı İrəvanda terror təhdidləri səsləndirib.

Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin qərarı ilə əlaqədar olaraq, Qələbə Günü şənlikləri şərəfinə 8-9 may 2026-cı il tarixlərində atəşkəs elan edildi. Zelenski İrəvanda bu təşəbbüsün əhəmiyyətini yöndəmsiz şəkildə azaltmağa çalışıb və sonra Qırmızı Meydanda parada qarşı mümkün dron hücumlarına işarə etməyə başlayıb. Zelenski İrəvanda kürsüdən bu nasist, terror təhdidlərini səsləndirib".

... və o cümlə:

"Rusiya heç bir zaman Ermənistanın Ukrayna ilə bağlı mövqeyini unutmayacaq”.

Zaxarovanın ardınca Rusiya Prezidentinin müşaviri Yuri Uşakov çıxış etdi:

“Təəssüf ki, İrəvan hələ də iki stulda oturmaq siyasətini davam etdirməyə çalışır.   Bu mövqenin nə qədər davam edə biləcəyini bilmirəm, amma bütün bunlar həm Rusiya, həm də Ermənistan üçün çox faydalı olan ikitərəfli münasibətlərimizin inkişafına şübhəsiz ki, zərər vuracaq".

Dərhal sonra Ermənistan səfiri etiraz notası üçün Xarici İşlər Nazirliyinə çağırıldı. Səfirə Zelenskiyə Rusiyaya qarşı terror təhdidlərini səsləndirmək üçün platforma təqdim etməyin qəbuledilməz olduğu bildirildi.

Rusiya danışdı, hətta təhdidini etdi, notasını verdi, bəs Paşinyan nə dedi?

“...Ukrayna Prezidentinin səfərinə gəlincə, bu mövzuda əvvəllər də bəyanatlar vermişəm. Biz Ukraynaya humanitar yardım göndərmişik və mən demişəm ki, Ukrayna məsələsində biz Rusiyanın müttəfiqi deyilik”.

Paşinyan, həmçinin Rusiyada keçiriləcək 9 May Qələbə Paradında iştirak etməyəcəyini təsdiqlədi.

Son illərdə Ermənistan-Rusiya münasibətlərindəki çat böyüməyə davam edir. 2023-cü ilin sentyabrından Ermənistan Rusiyanı və KTMT-ni (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) təhlükəsizlik qarantı kimi qəbul etməyi dayandırdı. Bu andan etibarən Paşinyan Qərbə sistemli meyl siyasəti başladı. Rusiyanı Avropa İttifaqı ilə əvəzləməyə çalışır, bu istiqamətdə addımlar atır. Rusiya bu münasibətə qarşı ilk vaxtlar xəbərdarlıq tipli çıxışlarla kifayətlənirdi, indi isə Ermənistanı açıq şəkildə təhdid etməkdən çəkinmir. İrəvana qarşı səbrinin tükəndiyi aydın sezilir, amma onu tam itirmək də istəmir. Bəs niyə? Rusiya niyə Ermənistandan əl çəkmək istəmir?

Rusiyanın imperiya dövründən bəri əsas hədəflərdən biri buzlu dənizlərdən fərqli olaraq, ilboyu açıq qalan limanlara çıxış əldə etməkdir. Bosfor və Dardanel boğazları vasitəsilə Aralıq dənizinə çıxmağı hədəfləyiblər. Yəni tarixi hədəfləri Türkiyə boğazlarını nəzarətə almaq və ya orada güclü mövqe qazanmaq olub.

Ermənistanın bu məsələdə birbaşa iştirakı olmasa da, Rusiya üçün vacibdir. Çünki Ermənistanı hədəfinin pilləsi olaraq görür və onun əldə saxlamaq asandır. Ermənistan vasitəsilə Cənubi Qafqazda təsirini saxlaya bilir. Bu, isti dənizlərə alternativ marşrutlar baxımından önəmlidir. Çünki Ermənistandan sonra İran gəlir. İran vasitəsilə Rusiya üçün iki böyük fürsət açılır: Fars körfəzi və Hind Okeanına potensial çıxış. Bunlar isti dənizlər strategiyasının cənub-şərq istiqamətlərini təşkil edir.

Əgər Ermənistan tamamilə Qərbə yaxınlaşarsa, Rusiyanın bu regionda əvvəlki qədər təsir imkanları qalmayacaq. Moskva buna görə Paşinyana qarşı təzyiqi artırır, amma hələ tam qopmağa getmir. Məqsəd ya Paşinyanı məcbur edib siyasətini dəyişdirmək, ya da 2026 seçkilərində öz namizədinin hakimiyyətə gəlməsini təmin etməkdir. 

Qiymət Mahir

NEWS FEED
01 JUNE 2026
Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Azərbaycandan Ermənistana gübrə və buğda göndəriləcək? 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 All News