Ermənistana qəzəb BÖYÜYÜR: İrəvan sanki Kiyev olub...

Ermənistana qəzəb BÖYÜYÜR: İrəvan sanki Kiyev olub...
08.05.2026 15:18 Təhlil

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfərindən sonra Ermənistan-Rusiya xəttində yeni gərginlik yaşanıb.

Belə ki, Zelenskinin İrəvandakı çıxışına Rusiya tərəfinin cavabı gecikməyib.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova:

“Kiyev Moskvada 9 May şənliklərinə qarşı İrəvanda terror təhdidləri səsləndirib.

Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin qərarı ilə əlaqədar olaraq, Qələbə Günü şənlikləri şərəfinə 8-9 may 2026-cı il tarixlərində atəşkəs elan edildi. Zelenski İrəvanda bu təşəbbüsün əhəmiyyətini yöndəmsiz şəkildə azaltmağa çalışıb və sonra Qırmızı Meydanda parada qarşı mümkün dron hücumlarına işarə etməyə başlayıb. Zelenski İrəvanda kürsüdən bu nasist, terror təhdidlərini səsləndirib".

... və o cümlə:

"Rusiya heç bir zaman Ermənistanın Ukrayna ilə bağlı mövqeyini unutmayacaq”.

Zaxarovanın ardınca Rusiya Prezidentinin müşaviri Yuri Uşakov çıxış etdi:

“Təəssüf ki, İrəvan hələ də iki stulda oturmaq siyasətini davam etdirməyə çalışır.   Bu mövqenin nə qədər davam edə biləcəyini bilmirəm, amma bütün bunlar həm Rusiya, həm də Ermənistan üçün çox faydalı olan ikitərəfli münasibətlərimizin inkişafına şübhəsiz ki, zərər vuracaq".

Dərhal sonra Ermənistan səfiri etiraz notası üçün Xarici İşlər Nazirliyinə çağırıldı. Səfirə Zelenskiyə Rusiyaya qarşı terror təhdidlərini səsləndirmək üçün platforma təqdim etməyin qəbuledilməz olduğu bildirildi.

Rusiya danışdı, hətta təhdidini etdi, notasını verdi, bəs Paşinyan nə dedi?

“...Ukrayna Prezidentinin səfərinə gəlincə, bu mövzuda əvvəllər də bəyanatlar vermişəm. Biz Ukraynaya humanitar yardım göndərmişik və mən demişəm ki, Ukrayna məsələsində biz Rusiyanın müttəfiqi deyilik”.

Paşinyan, həmçinin Rusiyada keçiriləcək 9 May Qələbə Paradında iştirak etməyəcəyini təsdiqlədi.

Son illərdə Ermənistan-Rusiya münasibətlərindəki çat böyüməyə davam edir. 2023-cü ilin sentyabrından Ermənistan Rusiyanı və KTMT-ni (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) təhlükəsizlik qarantı kimi qəbul etməyi dayandırdı. Bu andan etibarən Paşinyan Qərbə sistemli meyl siyasəti başladı. Rusiyanı Avropa İttifaqı ilə əvəzləməyə çalışır, bu istiqamətdə addımlar atır. Rusiya bu münasibətə qarşı ilk vaxtlar xəbərdarlıq tipli çıxışlarla kifayətlənirdi, indi isə Ermənistanı açıq şəkildə təhdid etməkdən çəkinmir. İrəvana qarşı səbrinin tükəndiyi aydın sezilir, amma onu tam itirmək də istəmir. Bəs niyə? Rusiya niyə Ermənistandan əl çəkmək istəmir?

Rusiyanın imperiya dövründən bəri əsas hədəflərdən biri buzlu dənizlərdən fərqli olaraq, ilboyu açıq qalan limanlara çıxış əldə etməkdir. Bosfor və Dardanel boğazları vasitəsilə Aralıq dənizinə çıxmağı hədəfləyiblər. Yəni tarixi hədəfləri Türkiyə boğazlarını nəzarətə almaq və ya orada güclü mövqe qazanmaq olub.

Ermənistanın bu məsələdə birbaşa iştirakı olmasa da, Rusiya üçün vacibdir. Çünki Ermənistanı hədəfinin pilləsi olaraq görür və onun əldə saxlamaq asandır. Ermənistan vasitəsilə Cənubi Qafqazda təsirini saxlaya bilir. Bu, isti dənizlərə alternativ marşrutlar baxımından önəmlidir. Çünki Ermənistandan sonra İran gəlir. İran vasitəsilə Rusiya üçün iki böyük fürsət açılır: Fars körfəzi və Hind Okeanına potensial çıxış. Bunlar isti dənizlər strategiyasının cənub-şərq istiqamətlərini təşkil edir.

Əgər Ermənistan tamamilə Qərbə yaxınlaşarsa, Rusiyanın bu regionda əvvəlki qədər təsir imkanları qalmayacaq. Moskva buna görə Paşinyana qarşı təzyiqi artırır, amma hələ tam qopmağa getmir. Məqsəd ya Paşinyanı məcbur edib siyasətini dəyişdirmək, ya da 2026 seçkilərində öz namizədinin hakimiyyətə gəlməsini təmin etməkdir. 

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 Все новости