İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər!
İndoneziyanın Papua bölgəsində balıqçı kəndində dirəklər üzərində tikilmiş evin altında baş verən güclü partlayış nəticəsində azı beş nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Məlumata görə, partlayış güclü gurultu ilə müşayiət olunub, ardınca alov topu və qalın tüstü sütunu havaya qalxıb.
Yerli televiziya kanallarının yayımladığı görüntülərdə partlayışın ətrafda ciddi dağıntılara səbəb olduğu görünür.
Papua polisinin sözçüsü Cahyo Sukarnito bildirib ki, partlayışın mənbəyinin İkinci Dünya müharibəsindən qalan bomba və ya minaatan mərmisi olduğu ehtimal edilir.
Hadisə nəticəsində doqquz ev tamamilə dağılıb.
Rəsmi məlumata görə, daha üç nəfər itkin düşmüş hesab olunur. Polis bəzi insan qalıqlarının hələ də identifikasiya edilmədiyini açıqlayıb.
Ən azı 19 nəfər yüngül xəsarətlərlə xəstəxanaya müraciət edib.
Qiymət Mahir
⚠️TW / Video Sensitif ⚠️
— NyxNara (@NaraSenyap) May 31, 2026
Ledakan Diduga Bom PD II di Biak, Papua
Ledakan yg diduga berasal dari Bom Peninggalan Perang Dunia II terjadi di Kompleks Perikanan, Biak Kota, Papua, Minggu 31 Mei 2026, sekitar pukul 14.45 WIT.
_
sc.istimewa. pic.twitter.com/rikGIY82DV