Amerikanın görən gözü KOR OLDU: Çinin dünyanı fəth edən 12 silahı...

Amerikanın görən gözü KOR OLDU: Çinin dünyanı fəth edən 12 silahı...
28.05.2026 10:55 Təhlil

Dünyada böyük dəyişiklik baş verir. Uzun illər boyu texnologiyadan tutmuş qidaya qədər hər şeydə Amerikadan və Avropadan asılı olan Çin artıq bu zəncirləri bir-bir qırır. Pekin rəhbərliyi artıq sadəcə özünü qorumur, həm də dünyada qaydaları dəyişən əsas gücə çevrilir.

Bəs Çin Qərbin hansı silahlarını özünə qarşı çevirə bildi?

Əvvəllər hamımız, o cümlədən Çin də xəritə və naviqasiya üçün Amerikanın GPS sistemindən asılı idi. Amma Çin özünün "BeiDou" sistemini qurdu. Bu sistem o qədər dəqiq işləyir ki, artıq Yaxın Şərqin zəngin neft maqnatları belə GPS-i atıb Çin sisteminə keçirlər. Bununla da Amerikanın dünyanı izləyən gözü bir növ kor oldu.


Eyni vəziyyət göylərdə və dənizlərdə də yaşanır. İllərdir sərnişin təyyarəsi bazarında təkbaşına at oynadan Amerikanın "Boeing" şirkəti artıq çətin günlər yaşayır. Çinin yerli istehsalı olan "C919" təyyarəsi indidən 1200-dən çox sifariş yığıb və "Boeing"ə milyardlarla dollar ziyan vurub.

Hərbi sahədə isə Çinin yeni "Fujian" aviadaşıyıcısı gəmisi və uzaq mənzilli raketləri Amerikanın hərbi rəhbərliyini ciddi şəkildə narahat etməyə başlayıb.


Amerika Çini çip və texnologiya blokadası ilə sıxışdırmaq istəyirdi, amma bu plan tərsinə döndü. Çin öz çiplərini ("Yangtze" və "Kirin") istehsal edib bazara çıxardı. Nəticədə Amerikanın "Qualcomm" kimi nəhəng şirkətləri qorxudan qiymətləri bir gecədə aşağı salmalı oldular.


İş o yerə çatıb ki, Çinin dövlət qurumları və böyük bankları Amerikanın "Windows" proqramını tamamilə silib, yerli "UOS" sisteminə keçiblər. Bank sistemlərində istifadə olunan "Oracle" bazaları da Çinin yerli proqramı "OceanBase" ilə əvəzlənib. Ağır sənayedə, məsələn, nəhəng tunelqazma maşınlarının layihələndirilməsində də artıq Qərb proqramlarından deyil, Çinin öz proqram təminatından istifadə olunur. Hətta sosial mediada belə, Çinin "Xiaohongshu" proqramı Amerikada o qədər populyarlaşıb ki, Mark Zukerberq çarəsizcə istifadəçilərinin Çin tətbiqinə qaçmasını izləyir.


Çin artıq benzillə işləyən maşınlar dövrünü bağlayır. Yerli avtomobil nəhəngi "BYD" elə güclü batareyalar istehsal etdi ki, Yaponiyanın "Toyota" rəhbərləri bu maşınları alıb içinı açaraq sirrini tapmağa çalışırlar. Bu gedişat Amerikanın elektrikli maşın nəhəngi "Tesla"ya da milyardlarla dollar dəyər itirtdi. İndi yeni enerji dünyasında qaydaları Çin yazır.


Xəstəxanalarda gördüyümüz o bahalı KT (kompüter tomoqrafiyası) cihazlarında da vəziyyət dəyişib. Çinin "Shanghai United Imaging" şirkətinin istehsal etdiyi cihazlar indi Amerika və Avropa xəstəxanalarında quraşdırılır. Bu rəqabət qarşısında Almaniyanın məşhur "Siemens" şirkəti qiymətlərini yarıbayarı endirməyə məcbur olub.

Çinin bu uğurları çox vacib iki sahə ilə möhkəmlənir: pul və yemək.

İllərdir hamımız bilirik ki, dünyada ticarət dollarla dönür. Amma Çin öz pul vahidi olan Yuan (RMB) ilə elə bir ödəniş sistemi qurdu ki, bura artıq 180 ölkə qoşulub. Ən maraqlısı isə odur ki, Səudiyyə Ərəbistanı artıq Çinə nefti dollarla yox, Yuanla satmağa razılaşıb. Bu, dolların dünyadakı hakimiyyətinə vurulan ən böyük zərbədir.


Son olaraq, ən həssas mövzu qida təhlükəsizliyidir. Çin uzun müddət Amerikanın geni dəyişdirilmiş toxumlarından asılı idi. Lakin Çinli alimlər şoran və yararsız torpaqlarda belə rekord dərəcədə bol məhsul verən xüsusi düyü növü yetişdirdilər. Bununla da Çin qida sahəsində Amerikanın "Monsanto" kimi şirkətlərinin patent asılılığından tamamilə xilas oldu.

Çinin fərqli-fərqli sahələrdə atdığı bu addımlar göstərir ki, dünya artıq tək bir mərkəzdən – Qərbdən idarə olunmur. Çin sadəcə xarici malların oxşarını düzəltmir, o, həm də bir çox sahədə dünyanın ən yaxşısına çevrilir. Bu temp göstərir ki, yaxın gələcəkdə dünya iqtisadiyyatının və texnologiyasının mərkəzi tamamilə dəyişəcək.

Qiymət Mahir

NEWS FEED
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 All News