İranın yeni üçlüyü - Amerikanın təzə qurbanları, yoxsa ölkənin xilası?

İranın yeni üçlüyü - Amerikanın təzə qurbanları, yoxsa ölkənin xilası?
26.05.2026 18:19 Təhlil

Son dövrlərdə İsrail və ABŞ ilə  baş verən ardıcıl qarşıdurmalarda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təxminən 35 yüksək rütbəli komandirinin itirilməsi İran daxilində ciddi bir boşluq yaratdı.

Bu boşluq yavaş-yavaş doldurulur və indi real gücün əsas hissəsi Əhməd Vahidi, Hüseyn Taib Hüseyn Nejatdan ibarət dar bir təhlükəsizlik dairəsinin əlinə keçib.


Onlar hazırda həm hərbi, həm kəşfiyyat, həm də daxili nəzarət mexanizmlərində ən ağır sözə sahibdirlər. Əhməd Vahidi bu üçlüyün ən önə çıxan fiquru sayılır. Qüds Qüvvələrinin keçmiş komandiri və sabiq daxili işlər naziri kimi geniş təcrübəsi var. İndi həm hərbi əməliyyatlar, həm də siyasi qərarlar məsələsində əsas rol oynayır. SEPAH-da komandanlıq zəncirinin yenidən qurulmasında da onun barmağı olduğu deyilir.


Hüseyn Taib isə illərdir daxili təhlükəsizlik sahəsində ən təcrübəli isimlərdən biridir. İİKK-nın kəşfiyyat aparatına rəhbərlik edib, Bəsic qüvvələrini idarə edib. Xüsusilə 2009-cu il hadisələrindən bəri rejimin daxili etirazları yatırmaq mexanizmlərində mərkəzi şəxs kimi tanınır. Ali Liderə və onun ailəsinə yaxınlığı da onun mövqeyini daha da möhkəmləndirir.


Hüseyn Nejata gəldikdə, uzun illər Tehranın daxili nəzarət sistemini idarə edən adamdır. Etirazların qarşısının alınması, paytaxtda sabitliyin saxlanılması və potensial təhdidlərin izlənməsi onun əsas işidir. O da rejimin ən etibarlı “daxili qoruyucularından” biri hesab olunur.

Nə dəyişdi?

Əvvəllər SEPAH-ın açıq hərbi rəhbərliyi (Salami, Bagheri, Hajizadeh kimi generallar) ön planda idi. İndi isə bu rəhbərlik zəifləyəndən sonra real qərarların çoxu təhlükəsizlik və kəşfiyyat yönümlü bu dar dairəyə və birbaşa Ali Liderin ofisinə keçib. Yəni İran artıq ənənəvi “hərbi-strateji” düşüncədən daha çox “rejim survivability” – yəni sistemin özünü qorumaq məntiqinə keçib. Bu dəyişiklik bir neçə şeyi göstərir:

Daxili sabitlik indi xarici əməliyyatlardan və regional siyasətdən daha önəmlidir.

Güc daha da mərkəzləşib və daha kiçik, daha loyal bir qrupa sığınır.

Repressiv mexanizmlər və daxili kəşfiyyat strukturları ön plana çıxıb.


Vəziyyət müəyyən risklər də daşıyır. Belə dar bir dairədə qərarların keyfiyyəti şəxsi əlaqələrdən çox asılı ola bilər. Eyni zamanda xarici siyasət və proksi qruplarla işlər bir qədər arxa plana keçə bilər. İqtisadi problemlər davam edərsə, repressiyanın artması da yeni narazılıqlara yol aça bilər.


Nəticədə, İranın idarəetmə sistemi getdikcə daha çox “təhlükəsizlik dövləti” xarakteri alır. Bu, müvəqqəti bir adaptasiya da ola bilər, amma görünən odur ki, rejim xarici təzyiqlər qarşısında daxili nəzarəti maksimum dərəcədə gücləndirmək yolunu seçib.

Jalə Rövşən 

NEWS FEED
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 All News