Məsud Pezeşkian istefa verib?

Məsud  Pezeşkian istefa verib?
01.06.2026 10:05 Dünya

İran prezidenti Məsud Pezeşkianın istefa verməsinə dair məlumatlar yayılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "İran İnternational" məlumat yayıb. 

Mənbənin məlumatına görə, Məsud Pezeşkian SEPAH-ın mütləq hakimiyyətinə görə istefa verib. Pezeşkian istefa ərizəsini ali dini rəhbərə təqdim edib.

Daha sonra Prezident Aparatının Kommunikasiya və İnformasiya Yayımı üzrə müavini Mehdi Təbatəbai prezidentin SEPAH-ın idarəetmədəki təsirinə etiraz olaraq vəzifəsindən getdiyi barədə iddiaların həqiqəti əks etdirmədiyi bildirib.

Rəsmi bu xəbərlərin "növbəti gülünc media oyunu" və reallıqdan uzaq, arzulara əsaslanan dezinformasiya kampaniyası kimi qiymətləndirilib.

Onun sözlərinə görə, Məsud Pezeşkian öz vəzifəsinin icrasını davam etdirir.

"Nüfuzsuz xarici şəbəkənin şayiə yayması əvvəlki gülünc media oyunlarının davamıdır. Onlar reallıq əvəzinə öz arzularını dərc ediblər. Prezident Pezeşkian xalqa xidmət etməkdən geri çəkilməyəcək, necə ki, İran xalqı geri çəkilməyəcək",- o bildirib.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Ançelottinin oğlu bu klubun baş məşqçisi oldu 18:13 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 All News