Çin Beynəlxalq Ədalət Məhkəməsinə rəqib yaradır? - DETALLAR

Çin Beynəlxalq Ədalət Məhkəməsinə rəqib yaradır? - DETALLAR
02.06.2025 12:41 Təhlil

“Çinin 20 ölkənin dəstəyi ilə yaradacağı Beynəlxalq Vasitəçilik Təşkilatı (IOMed) BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə alternativ olmayacaq”.

Hüquq müdafiəçisi Sahib Məmmədov bunu TodayPress TV-yə danışarkən deyib.

O, Beynəlxalq Ədalət Məhkəməsini münsif məhkəməsi adlandırıb:

“Onun qəbul etdiyi qərarların dövlətlər üçün məcburi qüvvəyə malik olması üçün mütləq üç şərtin mövcudluğu vacibdir. Birincisi, dövlətlər xüsusi bəyanat verərək məhkəmənin yurisdiksiyasını qəbul etməlidirlər. Hazırda belə dövlətlərin sayı 74-dür.   

İkincisi, mübahisə edən iki dövlət əvvəlcədən aralarında müqavilə bağlayaraq razılığa gəlməli və işi Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etməlidirlər. Onlar bu zaman məhkəmənin qəbul edəcəyi qərarı əvvəlcədən legitim sayacaqlarını bəyan etməlidirlər.

Üçüncü hal isə heç bir razılıq olmadan baş verir. Məsələn, hazırda Ermənistanla Azərbaycan bir-birinə qarşı qarşılıqlı razılaşma olmadan şikayət veriblər. Lakin şikayət etdikləri “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Konvensiyanın 22-ci maddəsi göstərir ki, bu tip şikayətlər zamanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarları tərəflər üçün hüquqi əhəmiyyət kəsb edir”.

Ekspert düşünür ki, Çinin yaradacağı Beynəlxalq Vasitəçilik Təşkilatı yalnız dövlətlərin könüllü razılaşması əsasında yaradıla bilər: 

“Çinin təşəbbüsünü 20 dövlət dəstəkləyib, lakin bu, onların Beynəlxalq Ədalət Məhkəməsini əvəz edə biləcəyi anlamına gəlmir. Ümumilikdə, bu kimi arbitraj qurumları dünyada kifayət qədər mövcuddur. Məsələn, kommersiya xarakterli arbitrajlar geniş yayılıb və onların böyük nüfuzu var. Beynəlxalq kommersiya müqavilələrində bu arbitraj qurumları qeyd edilir ki, mübahisə yarandıqda tərəflər həmin arbitraja müraciət etsinlər və onun qərarı hüquqi qüvvəyə malik olsun. Bu təşəbbüs də həmin sıraya daxil ola bilər. Lakin elan edilib ki, bu yeni qurum bir çox hallarda Beynəlxalq Ədalət Məhkəməsi kimi funksiyaları da yerinə yetirəcək. Hər bir halda belə bir qurum yalnız dövlətlərin könüllü razılaşması əsasında yaradıla bilər. Hesab etmirəm ki, o, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsini əvəz edə bilər. Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin altı əsas orqanından biridir və onun Statutu BMT Nizamnaməsinin ayrılmaz tərkib hissəsi hesab olunur.  İstənilən dövlət BMT-yə qoşularkən ipso facto Beynəlxalq Ədalət Məhkəməsinin Statutuna da qoşulmuş olur. Lakin bir daha xatırladıram ki, məhkəmənin yurisdiksiyasını qəbul etmək üçün əlavə bəyanat təqdim edilməlidir”.

Qeyd edək ki,  mediada yayılan məlumatlara görə, Çin 20 ölkənin dəstəyi ilə Beynəlxalq Vasitəçilik Təşkilatı (IOMed) yaradır. Təşkilatın mərkəzi Honq Konqda yerləşəcək və BMT-nin Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə rəqib kimi fəaliyyət göstərəcək.

Qiymət Mahir

FOTOLAR

Çin Beynəlxalq Ədalət Məhkəməsinə rəqib yaradır? - DETALLAR — 1
XƏBƏR LENTİ
03 IYUN 2026
Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 Sərhədi pozan əcnəbilər saxlanıldı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Dünyanın ən böyük dəfni: kütlə Xomeyninin kəfənini parçaladı və.. 11:36 Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı 11:33 Menşik Lendlin 45 illik rekordunu geridə qoydu 11:29 “Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Abituriyentlərin NƏZƏRİNƏ - Bazar günü imtahan VAR! 11:00 Socar BP-dən daha böyük oldu 10:47 Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO 10:37 Bütün Xəbərlər