“Bu qələbə xeyirin şər üzərində qələbəsidir” — Ramiz Yunus

“Bu qələbə xeyirin şər üzərində qələbəsidir” — Ramiz Yunus
08.11.2025 10:20 Təhlil

“Güclü birlik və on milyonluq xalqın yekdil iradəsi nəticəsində Azərbaycan regionda status-kvonu tam dəyişərək lider dövlətə çevrilib”. 

TodayPress TV xəbər verir ki, bunu Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus 8 Noyabr — Vətən müharibəsində Zəfər Gününün 5-ci ildönümü münasibətilə “Facebook” hesabındakı paylaşımında yazıb.

Professor qeyd edib ki, bu zəfər Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etməklə, təkcə Ermənistan üzərində deyil, eyni zamanda uzun illər bu ölkənin arxasında dayanan Rusiya və ikili standartlı Qərb siyasəti üzərində də qazanılmış tarixi zəfərdir.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə Rusiya hər gün İrandan keçməklə Ermənistana silah-sursat göndərirdi, Qərb isə beynəlxalq hüququ tapdalayaraq Azərbaycanın işğal altındakı torpaqlarını görməzlikdən gəlirdi.

Ramiz Yunus yazıb:

“Bu, xeyirin şər üzərində qələbəsidir, ədalətin qələbəsidir. Biz hamımız bu günə inanırdıq və o gün gəldi. Xalq olaraq qalib olmaq hissi hər bir azərbaycanlının qəlbində qürur doğurur. Bu zəfər Azərbaycanın igid övladlarının qanı, qəhrəman şəhidlərimizin və Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuzun böyük fədakarlığı hesabına əldə olunub. O ordunun arxasında isə bütün Azərbaycan xalqı dayanırdı”.

Siyasətçi əlavə edib ki, bu güclü birlik və on milyonluq xalqın yekdil iradəsi nəticəsində Azərbaycan regionda status-kvonu tam dəyişərək lider dövlətə çevrilib:

“Bu gün Azərbaycanın fikri və mövqeyi Vaşinqtonda, Brüsseldə, Parisdə, Moskvada və Tehranda nəzərə alınır — elə o mərkəzlərdə ki, cəmi beş il əvvəl Azərbaycana təzyiq göstərir, təcavüzkar Ermənistanı dəstəkləyirdilər. Biz öz qələbəmizə olan inamımızla həmin mərkəzlərin illərlə formalaşdırdığı yalan və ədalətsizlik paradiqmasını sındırdıq.”

Ramiz Yunusun sözlərinə görə, son beş ildə Azərbaycan xarici siyasətində möhtəşəm uğurlara imza atmaqla sübut edib ki, bir xalq vahid qələbə inamı ilə nələrə nail ola bilər:

“Biz unutmamalıyıq ki, nə yüz il əvvəlki, nə də yeni tariximizdəki səhvləri təkrarlamalıyıq. Nə Ermənistanın, nə də onu dəstəkləyən mərkəzlərin ağlına bir daha torpaqlarımıza göz dikmək fikri gəlsin. Biz hər zaman hər bir ssenariyə hazır olmalıyıq”.

Professor nitqinin sonunda bildirib ki, Azərbaycanın Vətən müharibəsində nümayiş etdirdiyi birlik bu gün də ən böyük strateji üstünlükdür:

“Müasir dünyanın xaotik mənzərəsində güclü və birləşmiş qalmaq həyati dərəcədə vacibdir. Biz bunu bacardıq və bütün dünyaya sübut etdik. Zəfər Günün mübarək, əziz Azərbaycan! Qəhrəmanlarımızın ruhları şad olsun!”

Qiymət Mahir

TodayPress TV 

XƏBƏR LENTİ
04 IYUN 2026
Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 Bütün Xəbərlər