“Bu qələbə xeyirin şər üzərində qələbəsidir” — Ramiz Yunus

“Bu qələbə xeyirin şər üzərində qələbəsidir” — Ramiz Yunus
08.11.2025 10:20 Təhlil

“Güclü birlik və on milyonluq xalqın yekdil iradəsi nəticəsində Azərbaycan regionda status-kvonu tam dəyişərək lider dövlətə çevrilib”. 

TodayPress TV xəbər verir ki, bunu Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus 8 Noyabr — Vətən müharibəsində Zəfər Gününün 5-ci ildönümü münasibətilə “Facebook” hesabındakı paylaşımında yazıb.

Professor qeyd edib ki, bu zəfər Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etməklə, təkcə Ermənistan üzərində deyil, eyni zamanda uzun illər bu ölkənin arxasında dayanan Rusiya və ikili standartlı Qərb siyasəti üzərində də qazanılmış tarixi zəfərdir.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə Rusiya hər gün İrandan keçməklə Ermənistana silah-sursat göndərirdi, Qərb isə beynəlxalq hüququ tapdalayaraq Azərbaycanın işğal altındakı torpaqlarını görməzlikdən gəlirdi.

Ramiz Yunus yazıb:

“Bu, xeyirin şər üzərində qələbəsidir, ədalətin qələbəsidir. Biz hamımız bu günə inanırdıq və o gün gəldi. Xalq olaraq qalib olmaq hissi hər bir azərbaycanlının qəlbində qürur doğurur. Bu zəfər Azərbaycanın igid övladlarının qanı, qəhrəman şəhidlərimizin və Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuzun böyük fədakarlığı hesabına əldə olunub. O ordunun arxasında isə bütün Azərbaycan xalqı dayanırdı”.

Siyasətçi əlavə edib ki, bu güclü birlik və on milyonluq xalqın yekdil iradəsi nəticəsində Azərbaycan regionda status-kvonu tam dəyişərək lider dövlətə çevrilib:

“Bu gün Azərbaycanın fikri və mövqeyi Vaşinqtonda, Brüsseldə, Parisdə, Moskvada və Tehranda nəzərə alınır — elə o mərkəzlərdə ki, cəmi beş il əvvəl Azərbaycana təzyiq göstərir, təcavüzkar Ermənistanı dəstəkləyirdilər. Biz öz qələbəmizə olan inamımızla həmin mərkəzlərin illərlə formalaşdırdığı yalan və ədalətsizlik paradiqmasını sındırdıq.”

Ramiz Yunusun sözlərinə görə, son beş ildə Azərbaycan xarici siyasətində möhtəşəm uğurlara imza atmaqla sübut edib ki, bir xalq vahid qələbə inamı ilə nələrə nail ola bilər:

“Biz unutmamalıyıq ki, nə yüz il əvvəlki, nə də yeni tariximizdəki səhvləri təkrarlamalıyıq. Nə Ermənistanın, nə də onu dəstəkləyən mərkəzlərin ağlına bir daha torpaqlarımıza göz dikmək fikri gəlsin. Biz hər zaman hər bir ssenariyə hazır olmalıyıq”.

Professor nitqinin sonunda bildirib ki, Azərbaycanın Vətən müharibəsində nümayiş etdirdiyi birlik bu gün də ən böyük strateji üstünlükdür:

“Müasir dünyanın xaotik mənzərəsində güclü və birləşmiş qalmaq həyati dərəcədə vacibdir. Biz bunu bacardıq və bütün dünyaya sübut etdik. Zəfər Günün mübarək, əziz Azərbaycan! Qəhrəmanlarımızın ruhları şad olsun!”

Qiymət Mahir

TodayPress TV 

XƏBƏR LENTİ
02 IYUN 2026
AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Bütün Xəbərlər