Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət!

Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət!
04.06.2026 12:32 İdman

FIFA 2026-cı il dünya çempionatının oyunlarına gələcək azarkeşlər üçün davranış qaydalarında dəyişiklik edib.

TodayPress TV xəbər verir ki, yeni qaydalara əsasən, azarkeşlərə stadionlara təkrar istifadə olunan su qabları və ya butulkalar gətirmək qadağan olunub.

Bundan əvvəl tamaşaçılara həcmi 1 litrə qədər olan boş plastik su qablarını stadionlara keçirməyə icazə verilirdi. Yenilənmiş qaydada isə qeyd olunur:

“Anlaşılmazlıqların qarşısını almaq üçün stadiona təkrar istifadə olunan su qablarının gətirilməsi qadağandır”.

Məlumata görə, ötən yay keçirilən klublararası dünya çempionatı zamanı FIFA stadionlarında qablaşdırılmış suyun qiyməti 4-6 ABŞ dolları arasında dəyişirdi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər