"Bizi müharibəyə sürükləmək istəyirlər"... – Simonyan kimi hədəf aldı?

"Bizi müharibəyə sürükləmək istəyirlər"...  – Simonyan kimi hədəf aldı?
07.04.2026 17:51 Təhlil

Cənubi Qafqazda yeni regional təhlükəsizlik arxitekturasının formalaşdığı bir mərhələdə Ermənistan parlamentinin spikeri Alen Simonyanın son bəyanatı diqqətləri yenidən İrəvanın strateji yanaşmasına yönəldib. 


Simonyan Ermənistan və Azərbaycanın təhlükəsizlik maraqlarını vahid bir müstəvidə nəzərdən keçirərək, tərəfləri bir-birinin zəmanətçisi kimi təqdim edib. 

“Vətəndaş Müqaviləsi” partiyasının növbədənkənar qurultayından əvvəl jurnalistlərə açıqlama verən Simonyan bildirib ki, Azərbaycanın təhlükəsizliyinin ən böyük zəmanətçisi Ermənistan Respublikasıdır, Ermənistan Respublikasının təhlükəsizliyinin zəmanətçisi isə Azərbaycan Respublikasıdır:

“Dünyanın müxtəlif yerlərində yeni başlayan, davam edən və getdikcə dərinləşən müharibələr fonunda Ermənistan Respublikası və Azərbaycan Respublikası elə bir nöqtəyə gəlib çatıb ki, bu mərhələdə qarşılıqlı sabitliyi möhkəmləndirmək zəruridir. Çünki həm Azərbaycan Respublikasını, həm də Ermənistan Respublikasını ən azı bir-birinə qarşı müharibəyə sürükləmək istəyən çoxsaylı qüvvələr mövcuddur. Bu isə açıq-aydın görünür”.

Politoloq Natiq Miri sözügedən məsələni TodayPress TV-yə şərh edib.


Analitikin qənaətincə, Alen Simonyanın açıqlaması yeni reallıqlara işarə edir:

“Simonyan bu açıqlamanı verərkən Azərbaycan-Ermənistan arasında mövcud razılaşma və danışıqlar prosesinin ikili müstəviyə daşınmasına və bu kontekstdə ciddi siyasi nəticələrin ortaya çıxmasına da işarə verir. Nə zaman ki Azərbaycan və Ermənistan danışıqlar prosesini Rusiyasız və digər həmsədr dövlətlərsiz ikili müstəviyə daşıdı, müəyyən anlaşmalar ortaya çıxdı”.

N.Miri sülh prosesində əldə olunan praktiki nəticələri də diqqətə çatdırıb:

“8 avqust Vaşinqton Bəyannaməsi, sülh sənədinin paraflanması hadisəsi region, həm də sülh prosesi üçün çox böyük üfüqlər açdı. Artıq bundan sonra Azərbaycanın təşəbbüsü ilə praktiki addımlar atıldı ki, bu da nəqliyyat-kommunikasiyalarının blokadadan çıxarılması ilə Ermənistanın ticarət yollarının açılmasına, Azərbaycan-Ermənistan arasında ticarətin başlamasına rəvac verdi. Bunlar da sülhə praktiki anlamda çox ciddi töhfə verən amillərdir”.

Politoloq vurğulayıb ki, artıq tərəflər müharibədən çox əməkdaşlığa üstünlük verməyə başlayıb:

“Sadəcə sülh sənədini paraflamaqla yetinilmədi, praktiki fəaliyyətə keçildi və bunun meyvələri dərhal görünməyə başladı. İstər Ermənistan, istər Azərbaycan cəmiyyətində, istər iki dövlət arasındakı münasibətlərdə müsbət enerji formalaşmağa başladı. Hər iki tərəf anladı ki, müharibədənsə, sülhə və əməkdaşlığa üstünlük vermək lazımdır”.

Ekspert hesab edir ki, Cənubi Qafqaz üçlüyü formatı region üçün ən doğru modeldir:


“Bu gün artıq Ermənistanın da Cənubi Qafqazın perspektivdə bütöv bir sistem olması yolunda prosesə qoşulmasına imkan yaranıb. Perspektivdə Cənubi Qafqaz üçlüyü kontekstində format yaradılsa, bu, çox doğru addım olar. Çünki üç Cənubi Qafqaz ölkəsinin birliyi xarici müdaxilələrin yolunu bağlayır və birgə təhlükəsizlik arxitekturası qurularsa, bu, regiona ciddi təhlükəsizlik vəd edir”.

Sonda N.Miri vurğulayıb ki, Azərbaycan və Ermənistanın təhlükəsizliyi birbaşa əməkdaşlıqdan asılıdır:

“Simonyan da təxminən bunlara işarə edib. Bəli, gerçəkdir ki, bu gün Azərbaycan və Ermənistanın təhlükəsizliyi dolayısı ilə bir-biriləri ilə normal əməkdaşlıq və münasibətlərdən asılıdır. Düşmənçilik ortadan qalxarsa və niyyət sadəcə əməkdaşlıq, qonşuluq, dinc yanaşı yaşama, iqtisadi əməkdaşlıq və sülhdürsə, bu, qeyri-iradi olaraq təhlükəsizliyə zəmanət yaradır. Bu, təbii təhlükəsizlik zəmanətidir.

Dinc yanaşı yaşamaq, iqtisadi inkişaf və əməkdaşlıq varkən, niyə müharibədə insanlar ölməli və kimlərsə bundan istifadə edərək Cənubi Qafqaz ölkələrinə təzyiq etməlidir? Bu formul doğru anlaşıldıqca, riayət edildikcə, həm Azərbaycana, həm Ermənistana, həm də Cənubi Qafqaza təhlükəsizlik vəd edir. Eyni zamanda Rusiya kimi işğalçı, İran kimi dağıdıcı ünsürlərin də regionda ağalıq etmək niyyətlərinin üstündən xətt çəkir. Çünki bu üçlüyün içərisində zəif həlqə olmazsa, bu bütöv sistemi təlatümə gətirmək mümkün olmaz”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı! 14:41 CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edirik - RƏSMİ 14:29 CNN Azərbaycana şər atdı - Mediadan açıqlama gəldi 14:25 Zelenski və Putin görüşü baş tutacaq? 14:24 “Sabah” Avstriyada güc toplayacaq, üç oyuna çıxacaq! 14:22 Ermənistan qızıl zavodlarını Azərbaycana verir - İDDİA 14:20 Haftəsonu planı quranlar DİQQƏT! Bakıda hava... 14:11 5 həmyerlimizin həlak olduğu hücumun ANBAAN GÖRÜNTÜLƏRİ 13:58 Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz 13:53 Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım etdi 13:45 Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 25 vətəndaşımızın olduğu gəmi bombalandı - 5 nəfər öldü, yaralananlar var 13:29 Bütün Xəbərlər