"Bizi müharibəyə sürükləmək istəyirlər"... – Simonyan kimi hədəf aldı?

"Bizi müharibəyə sürükləmək istəyirlər"...  – Simonyan kimi hədəf aldı?
07.04.2026 17:51 Təhlil

Cənubi Qafqazda yeni regional təhlükəsizlik arxitekturasının formalaşdığı bir mərhələdə Ermənistan parlamentinin spikeri Alen Simonyanın son bəyanatı diqqətləri yenidən İrəvanın strateji yanaşmasına yönəldib. 


Simonyan Ermənistan və Azərbaycanın təhlükəsizlik maraqlarını vahid bir müstəvidə nəzərdən keçirərək, tərəfləri bir-birinin zəmanətçisi kimi təqdim edib. 

“Vətəndaş Müqaviləsi” partiyasının növbədənkənar qurultayından əvvəl jurnalistlərə açıqlama verən Simonyan bildirib ki, Azərbaycanın təhlükəsizliyinin ən böyük zəmanətçisi Ermənistan Respublikasıdır, Ermənistan Respublikasının təhlükəsizliyinin zəmanətçisi isə Azərbaycan Respublikasıdır:

“Dünyanın müxtəlif yerlərində yeni başlayan, davam edən və getdikcə dərinləşən müharibələr fonunda Ermənistan Respublikası və Azərbaycan Respublikası elə bir nöqtəyə gəlib çatıb ki, bu mərhələdə qarşılıqlı sabitliyi möhkəmləndirmək zəruridir. Çünki həm Azərbaycan Respublikasını, həm də Ermənistan Respublikasını ən azı bir-birinə qarşı müharibəyə sürükləmək istəyən çoxsaylı qüvvələr mövcuddur. Bu isə açıq-aydın görünür”.

Politoloq Natiq Miri sözügedən məsələni TodayPress TV-yə şərh edib.


Analitikin qənaətincə, Alen Simonyanın açıqlaması yeni reallıqlara işarə edir:

“Simonyan bu açıqlamanı verərkən Azərbaycan-Ermənistan arasında mövcud razılaşma və danışıqlar prosesinin ikili müstəviyə daşınmasına və bu kontekstdə ciddi siyasi nəticələrin ortaya çıxmasına da işarə verir. Nə zaman ki Azərbaycan və Ermənistan danışıqlar prosesini Rusiyasız və digər həmsədr dövlətlərsiz ikili müstəviyə daşıdı, müəyyən anlaşmalar ortaya çıxdı”.

N.Miri sülh prosesində əldə olunan praktiki nəticələri də diqqətə çatdırıb:

“8 avqust Vaşinqton Bəyannaməsi, sülh sənədinin paraflanması hadisəsi region, həm də sülh prosesi üçün çox böyük üfüqlər açdı. Artıq bundan sonra Azərbaycanın təşəbbüsü ilə praktiki addımlar atıldı ki, bu da nəqliyyat-kommunikasiyalarının blokadadan çıxarılması ilə Ermənistanın ticarət yollarının açılmasına, Azərbaycan-Ermənistan arasında ticarətin başlamasına rəvac verdi. Bunlar da sülhə praktiki anlamda çox ciddi töhfə verən amillərdir”.

Politoloq vurğulayıb ki, artıq tərəflər müharibədən çox əməkdaşlığa üstünlük verməyə başlayıb:

“Sadəcə sülh sənədini paraflamaqla yetinilmədi, praktiki fəaliyyətə keçildi və bunun meyvələri dərhal görünməyə başladı. İstər Ermənistan, istər Azərbaycan cəmiyyətində, istər iki dövlət arasındakı münasibətlərdə müsbət enerji formalaşmağa başladı. Hər iki tərəf anladı ki, müharibədənsə, sülhə və əməkdaşlığa üstünlük vermək lazımdır”.

Ekspert hesab edir ki, Cənubi Qafqaz üçlüyü formatı region üçün ən doğru modeldir:


“Bu gün artıq Ermənistanın da Cənubi Qafqazın perspektivdə bütöv bir sistem olması yolunda prosesə qoşulmasına imkan yaranıb. Perspektivdə Cənubi Qafqaz üçlüyü kontekstində format yaradılsa, bu, çox doğru addım olar. Çünki üç Cənubi Qafqaz ölkəsinin birliyi xarici müdaxilələrin yolunu bağlayır və birgə təhlükəsizlik arxitekturası qurularsa, bu, regiona ciddi təhlükəsizlik vəd edir”.

Sonda N.Miri vurğulayıb ki, Azərbaycan və Ermənistanın təhlükəsizliyi birbaşa əməkdaşlıqdan asılıdır:

“Simonyan da təxminən bunlara işarə edib. Bəli, gerçəkdir ki, bu gün Azərbaycan və Ermənistanın təhlükəsizliyi dolayısı ilə bir-biriləri ilə normal əməkdaşlıq və münasibətlərdən asılıdır. Düşmənçilik ortadan qalxarsa və niyyət sadəcə əməkdaşlıq, qonşuluq, dinc yanaşı yaşama, iqtisadi əməkdaşlıq və sülhdürsə, bu, qeyri-iradi olaraq təhlükəsizliyə zəmanət yaradır. Bu, təbii təhlükəsizlik zəmanətidir.

Dinc yanaşı yaşamaq, iqtisadi inkişaf və əməkdaşlıq varkən, niyə müharibədə insanlar ölməli və kimlərsə bundan istifadə edərək Cənubi Qafqaz ölkələrinə təzyiq etməlidir? Bu formul doğru anlaşıldıqca, riayət edildikcə, həm Azərbaycana, həm Ermənistana, həm də Cənubi Qafqaza təhlükəsizlik vəd edir. Eyni zamanda Rusiya kimi işğalçı, İran kimi dağıdıcı ünsürlərin də regionda ağalıq etmək niyyətlərinin üstündən xətt çəkir. Çünki bu üçlüyün içərisində zəif həlqə olmazsa, bu bütöv sistemi təlatümə gətirmək mümkün olmaz”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Bütün Xəbərlər