Bakıdan dünyaya çağırış: 3.5 milyard insanın mənzil...

Bakıdan dünyaya çağırış: 3.5 milyard insanın mənzil...
22.05.2026 13:34 Siyasət

WUF13 çərçivəsində qlobal mənzil böhranının həlli üçün çoxtərəfli əməkdaşlıq, innovativ maliyyələşmə və bütün səviyyələrdə koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.

TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, WUF13 qlobal mənzil böhranının həlli istiqamətində effektiv çoxtərəfliliyə, daha güclü tərəfdaşlıqlara, innovativ maliyyə mexanizmlərinə və bütün səviyyələrdə koordinasiyalı fəaliyyətə diqqət yönəldib:

“Forum təkcə miqyasına görə deyil, həm də innovativ formatları, inklüziv iştirakı və məzmunlu nəticələri ilə yadda qalacaq. Forum zamanı aparılan müzakirələrin, yaradılan imkanların və irəli sürülən həllərin konkret fəaliyyətlərə çevriləcəyi və dünyada 3,5 milyard insanı təsir edən mənzil və evsizlik problemlərinin aradan qaldırılmasına töhfə verəcəyi gözlənilir”.

Komitə sədri vurğulayıb ki, İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 25-ci maddəsində qeyd olunduğu kimi, mənzil insan hüququdur və bu hüquq hər kəsin rifahı naminə təmin edilməlidir.

Anar Quliyev media nümayəndələrinin rolunu da xüsusi qeyd edib.

“WUF13 barədə məlumatların ictimaiyyətə çatdırılmasında sizin rolunuz çox vacibdir. Forumu işıqlandırmaqla onun məqsədlərinin, nailiyyətlərinin və müzakirələrinin qlobal ictimaiyyətə geniş şəkildə çatdırılmasını təmin edirsiniz”, – deyə o bildirib.

Komitə sədri əlavə edib ki, təşkilatçılar hər bir iştirakçının Bakıdan yalnız ilham almış şəkildə deyil, həm də güclü tərəfdaşlıqlar, aydın prioritetlər və yenilənmiş qətiyyətlə ayrılacağını ümid edir.

Anar Quliyev çıxışını “Tezliklə Meksikada görüşərik” sözləri ilə yekunlaşdırıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Livanda BMT sülhməramlıları [[həlak oldu ]] 16:32 Seçki öncəsi səs-küylü vəd: Milli komandanın ulduzu hədəfdədir! 16:29 Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət edin! 16:27 Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərildi 16:13 Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar 15:57 Perinatal Mərkəzin sabiq direktoru həbs olundu 15:49 Bir dövr başa çatdı: “Sabah” kapitanı ilə vidalaşdı! 15:37 Vilayət Eyvazov gələcəyin polislərini işə qəbul etdi 15:34 Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR 15:17 Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır 15:06 DTX bu istiqamətdə fəaliyyətə başladı 14:53 Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Surət Hüseynov müəmması 14:38 Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı! 14:34 Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər 14:31 Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi erməni namizədlərə 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Bütün Xəbərlər