"Pis" xolesterol səviyyəsini azaldan maddə aşkarlandı

"Pis" xolesterol səviyyəsini azaldan maddə aşkarlandı
30.03.2026 18:15 Sağlamlıq

Şərbətciotunun tərkibində olan birləşmələr bədəndə yağ metabolizmasını yaxşılaşdıra, triqliseridləri və “pis” xolesterolu (LDL) azalda, eyni zamanda isə “yaxşı” xolesterolu (HDL) artıra bilər.

TodayPress TV  xəbər verir ki, bu barədə "Gazeta.ru"da tədqiqat məqaləsi dərc olunub.

Sözügedən  nəticəyə "Rzeszow" Universitetinin tədqiqatçıları gəliblər. Tədqiqatın nəticələri "Nutrients" jurnalında dərc edilib.

Alimlər qeyd edirlər ki, şərbətçiotu (Humulus lupulus L.) əsasən pivənin tərkib hissəsi kimi tanınsa da, onun tərkibində maddələr mübadiləsinə və NF-κB, Nrf2, AMPK, MAPK, PPAR və PI3K/AKT/mTOR kimi siqnal yollarına təsir göstərə bilən bir sıra bioloji aktiv maddələr mövcuddur. Bu maddələr qanda dövr edən yağlı birləşmələr – triqliseridlərin və aşağı sıxlıqlı lipoproteinlərin (LDL) konsentrasiyasını azalda bilər. 

Müəlliflərin sözlərinə görə, bu təsirlər yağ emalında və enerji balansının tənzimlənməsində iştirak edən ferment və reseptorlara təsirlə əlaqədardır. Şerbetçiotunun bəzi komponentləri həmçinin iltihabı və oksidləşdirici stresi azalda bilər. Oksidləşdirici stress zamanı reaktiv oksigen növləri hüceyrələrdə toplanaraq toxuma zədələnməsinə səbəb olur.

Bundan əlavə, bir neçə təcrübə insulinə həssaslığın yaxşılaşdığını göstərib. Bu isə o deməkdir ki, bədənin hüceyrələri insulin hormonuna daha yaxşı reaksiya verir və qandakı qlükozanı daha səmərəli şəkildə istifadə edir. Bu mexanizmin pozulması isə 2-ci tip diabetin inkişafında əsas amillərdən biri hesab olunur. Tədqiqatlarda həmçinin düzgün qidalanma pozulduqda belə, yağ yığılmasının azaldığı müşahidə edilib.

Müəlliflər vurğulayırlar ki, indiyədək aparılmış tədqiqatların əksəriyyəti laboratoriya sınaqları və kiçik klinik müşahidələrdən ibarətdir. Real şəraitdə şerbetçiotunun effektivliyi istifadə dozasından, tətbiq üsulundan və fərdi xüsusiyyətlərdən asılı ola bilər. Bununla belə, mövcud məlumatlar göstərir ki, bu bitki metabolik sağlamlığı dəstəkləmək üçün potensial təbii komponent ola bilər.

Jalə Rövşən 

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
"Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 All News