"Yüksəliş"in qalibləri üçün silsilə görüşlər keçiriləcək

"Yüksəliş"in qalibləri üçün silsilə görüşlər keçiriləcək
23.01.2026 10:20 Mədəniyyət

"Yüksəliş" müsabiqəsinin qalibləri üçün "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunda "Ədibin Evində Yüksəliş" adlı silsilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

TodayPress TV xəbər verir ki, müsabiqənin beş mövsümü ərzində qalib olmuş 116 nəfər XX əsr Azərbaycan milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın Bakıdakı ilk ünvanı - İçərişəhərdə yerləşən "Ədibin Evi"ndə təşkil olunacaq görüşlərdə iştirak edəcəklər.

Görüşlər zamanı azərbaycançılıq fəlsəfəsi, milli kimliyin qorunması, ana dilinin rolu və bu dəyərlərin idarəçiliyin müxtəlif istiqamətlərində tətbiqi ilə bağlı müzakirələr aparılacaq.

Silsilə görüşlərin əsas məqsədlərindən biri Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında xüsusi vurğuladığı Azərbaycan dilinin milli kimliyin, dövlətçilik düşüncəsinin və strateji idarəetmənin əsas dayaqlarından biri olması fikrinin idarəçilər arasında daha dərindən təşviq edilməsidir. Bu kontekstdə ana dilinin ünsiyyət vasitəsi olmaqla yanaşı, milli ideologiyanın və intellektual məsuliyyətin daşıyıcısı olması məsələləri diqqət mərkəzində saxlanılacaq.

Görüşlərdə qonaq natiq qismində "Ədibin Evi"nin ekspertləri çıxış edəcək, ədəbiyyatın, dilin və milli-mənəvi irsin liderlik, idarəçilik təfəkkürünə təsiri müxtəlif aspektlərdən təhlil olunacaq.

Qeyd edək ki, "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbiyyatının, tarixinin, mədəniyyətinin və ədəbi irsinin tədqiqi və təbliği istiqamətində ardıcıl fəaliyyət göstərir. Fond gənc nəslin intellektual inkişafını diqqətdə saxlayaraq oxu mədəniyyətinin gücləndirilməsi, xalqa və Vətənə sevginin aşılanmasında ədəbiyyatın rolunun önə çəkilməsini əsas məqsədlərindən biri kimi müəyyənləşdirib.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalayıb.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Bütün Xəbərlər