Keniyada 2,6 milyon illik daş alətlər tapıldı

Keniyada 2,6 milyon illik daş alətlər tapıldı
17.08.2025 19:30 Maraqlı

Keniyanın Nyayanga adlı arxeoloji ərazisində alimlər 2,6 milyon il əvvələ aid daş alətlər aşkar ediblər. Kəşf qədim insanabənzərlərin planlama qabiliyyətləri barədə mövcud təsəvvürləri dəyişir.

TodayPress TV xəbər verir ki, bu barədə “Live Science” yazıb.

Alimlərin sözlərinə görə, söhbət xırda tapıntılardan yox, 401 ədəd Olduvay mədəniyyətinə aid alətdən gedir. Onların hazırlanmasında istifadə edilən daşların çoxu həmin ərazidə mövcud deyil və təxminən 10 kilometr uzaqlıqdan gətirilib. Bu isə indiyə qədər mümkün hesab ediləndən təqribən 600 min il daha qədim dövrə təsadüf edir.

Paleontoloq Rik Potts bildirib ki, söhbət təkcə alət düzəltməkdən getmir, həm də resursların qida mənbələrinə məqsədli şəkildə daşınmasından gedir. Müqayisə üçün, müasir şimpanzelər daşları ən çox 2 kilometr məsafəyə daşıya bilirlər və bunu da mərhələli şəkildə həyata keçirirlər. Qədim insanabənzərlərin isə daha mürəkkəb idrak qabiliyyətinə malik olduğu görünür.

Maraqlıdır ki, bu alətlərin dəqiq yaradıcısı hələ müəyyən edilməyib. Tapıntılar "Homo" nümayəndələrinə aid ola biləcəyi kimi, "Paranthropus" növünün də müəllifliyi istisna edilmir. Ərazidə "Paranthropus"a aid edilən qalıqların aşkarlanması isə bu ehtimalı gücləndirir.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 IYUN 2026
Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Bütün Xəbərlər