Pezeşkian Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi

Pezeşkian Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi
01.06.2026 18:13 Dünya

İran Prezidenti Masud Pezeşkian Yaponiyanın Baş naziri Sanae Takaichi ilə telefon danışığı zamanı ölkəsinin Yapon gəmilərinin Hörmüz boğazından keçidini asanlaşdırmaq üçün səy göstərəcəyini açıqlayıb. 

TodayPress TV   xəbər verir ki, bu barədə  "Kyodo News" məlumat yayıb.

Prezident Pezeşkian vurğulayıb ki, İran Hörmüz boğazından dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün tam hazırdır və xüsusilə Yaponiya gəmilərinin keçidini asanlaşdırmaq istiqamətində addımlar atacaq.

İki lider regional gərginliklər fonunda yaxın əlaqə saxlamaq barədə razılığa gəliblər.

Ekspertlər qeyd edir ki, bu açıqlama Yaponiyanın Hörmüz boğazından keçən gəmilərinin təhlükəsizliyi ilə bağlı son həftələrdə apardığı diplomatik səylər çərçivəsində verilib. Yaponiya daha əvvəl də İranla əlaqə saxlayaraq naviqasiya azadlığının vacibliyini vurğulamışdı.

Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətinin ən mühüm yollarından biri hesab olunur və regionda gərginliklərin artması beynəlxalq ticarətə təsir göstərir. 

Jalə Rövşən 

TodayPress TV 

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər