Dövlət satınalmalarının vahid internet portalının funksionallığı artırıldı

Dövlət satınalmalarının vahid internet portalının funksionallığı artırıldı
17.04.2026 13:37 İqtisadiyyat

Dövlət satınalmaları sahəsində hesabatlılığın artırılması, proseslərin sadələşdirilməsi və rəqəmsallaşdırmanın genişləndirilməsi məqsədilə "Etender.gov.az" portalında bir sıra mühüm yeniliklər tətbiq edilib.

TodayPress TV bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, əsas yeniliklərdən biri elektron müqavilə şərtlərinin formalaşdırılması ilə bağlıdır. Belə ki, artıq satınalma prosesinin başlanğıc mərhələsində elektron müqavilə şərtləri birbaşa sistem üzərindən formalaşdırılır. Bu, hüquqi və texniki şərtlərin daha dəqiq müəyyən edilməsinə imkan yaradır.

Müqavilələrin elektron imzalanmasının təşkili məqsədilə dövlət satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) ilə Maliyyə Nazirliyinin Rəqəmsal dövlət maliyyəsi sisteminin "e-müqavilə" altsistemi (https://rdmis.gov.az/) arasında inteqrasiya həyata keçirilib. İnteqrasiyaya əsasən, yekunlaşmış satınalmalar üzrə müqavilə, təklif barədə məlumatlar nazirliyin sisteminə ötürülür və müqavilələrin imzalanması "e-müqavilə" altsistemi üzərindən həyata keçirilir. Bununla da müqavilələrin icrasına nəzarət mexanizmi optimallaşdırılır. Müqavilə barədə məlumatlar isə müqavilə imzalandıqdan sonra Dövlət satınalmalarının vahid internet portalına ötürülür.

Təchizatçı tərəfindən aksept məlumatları, bank hesabı, imza səlahiyyətli şəxs və bildiriş ünvanları "etender.gov.az" vasitəsilə əldə edilir və saxlanılır. Müqavilənin imzalanma mərhələsində bu məlumatlar avtomatik olaraq "e-müqavilə" altsisteminə ötürülür.

Portalda aparılmış təkmilləşdirmələrə əsasən, satınalan təşkilatlar satınalma predmetlərinin adını, miqdarını və ölçü vahidini ayrıca müəyyən edir, təchizatçılar isə müvafiq olaraq mənşə ölkəsi, marka, model və digər zəruri məlumatları daxil edirlər. Bu məlumatlar sonradan müqavilənin ayrılmaz hissəsinə çevrilir və dəyişdirilə bilmir.

Bununla yanaşı, şərtlər toplusu təsdiqləndikdən sonra müqavilənin ümumi şərtləri sistem tərəfindən avtomatik formalaşdırılır və satınalmanın tərkib hissəsi kimi təqdim olunur. Aksept prosesi ilə bağlı tətbiq edilmiş yenilik isə müvafiq bildirişlərin sistem tərəfindən avtomatik generasiya edilərək qalib təchizatçıya göndərilməsini təmin edir.

Portalda tətbiq edilən növbəti funksionallıq nəzarət orqanı tərəfindən məlumat və tövsiyə xarakterli rəsmi bildirişlərin göndərilməsi ilə bağlıdır. Bu mexanizm vasitəsilə satınalma prosesinin bütün iştirakçılarına bildirişlər (aid olduğu satınalma konkret göstərilməklə) mərkəzləşdirilmiş qaydada və operativ şəkildə çatdırılır. Eyni zamanda, istifadəçilərin bu bildirişlərlə tanış olmadan sistemdə fəaliyyətini davam etdirməsi məhdudlaşdırılır ki, bu da vacib məlumatların diqqətdən kənarda qalmasının qarşısını alır və prosesdə intizamı gücləndirir.

Ümumilikdə isə tətbiq edilən bütün yeniliklər dövlət satınalmalarında hesabatlılığın artırılmasına, rəqabət mühitinin gücləndirilməsinə və proseslərin daha səmərəli təşkilinə mühüm töhfə verir.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Bütün Xəbərlər