Tahir İmanov: “Mən qardaşdan yetim qaldım...”

Tahir İmanov: “Mən qardaşdan yetim qaldım...”
30.09.2025 14:29 Gündəm

“Mənim üçün qardaşım Cabir çox dəyərli idi. Uca Allahın köməyi ilə mən ailəmlə gözəl illər yaşamışam. Cabir 49 il həyatımızda oldu. Amma o, doğrudan da çox görkəmli, zəngin, dolu və işıqlı ömür sürdü. İlk illərimiz valideynlərimizin və Allahın sayəsində qayğısız keçdi. Şuşalı, Şuşasız günlərimiz oldu, amma şükürlər olsun ki, yenidən Şuşalı günlərimizi yaşadıq”.

Bu sözləri TodayPress TV-yə Cabir İmanovun qardaşı Tahir İmanov deyib.

“Çoxları Cabiri mənfi tərəfdən göstərməyə çalışsa da, Allahın verdiyi dəyəri heç kim ala bilməz. Cabir nümunəvi ata, nümunəvi oğul, nümunəvi nəvə idi. Mən ondan böyük olsam da, çox şeyi məhz ondan öyrənmişəm. Bəlkə də, elə buna görə ömrünün sonunda məndən əvvəl dünyasını dəyişdi. Harda olurdu olsun, istər əvvəl, istər qələbədən sonra – həyatımızın mənası yalnız Şuşa idi. Çünki təməl belə qoyulmuşdu. Bu təməli isə görkəmli bəstəkar Süleyman Ələsgərov qoymuşdu”, - deyə o əlavə edib.

Tahir İmanov, həmçinin bildirib:

“Eşq olsun Ali Baş Komandanımıza! Məhz o bizi Qarabağa gətirdi. Müharibə başlayanda Cabir çox sarsılmışdı, özünü tapa bilmirdi. Mənim anam, atam, hətta gəlinimiz də şahiddir ki, Cabir müharibəyə getmək istəyirdi. Dövlətimiz isə ona bildirdi ki, hələ onun növbəsi deyil, gözləməlidir. Sonra mən də getdim. Amma ona demədim. Şuşa azad olunandan sonra dövlətimiz Cabirə çox məsuliyyətli tapşırıq verdi. Yadınızdadırsa, Şuşada ilk konserti Dövlət Təhlükəsizlik Xidməti təşkil etmişdi və bu iş məhz Cabirə həvalə olunmuşdu. Cabir mənə zəng edib dedi: “Mən Şuşaya gedirəm, amma sən də aparıcı olmalısan”. Mən isə dedim: “Mən aparıcı yox, fəhləsi olmağa da razıyam, amma mütləq orda olacağam”. Beləcə, Cabirin rəhbərliyi ilə sənət adamlarımız Şuşada azadlıq gününü qeyd etdilər”.

Tahir İmanov son olaraq nitqini bu cür yekunlaşdırıb:

“Düz beş gün əvvəl biz Cabirlə, ailələrimizlə birlikdə yenə Şuşada olduq. Keçən həftənin üçüncü günü qayıtdıq. Bəstəkar Süleyman Ələsgərov haqqında ailəmizin çəkdiyi bədii filmin çəkilişlərində iştirak etdik. Cabir də həmin çəkilişlərdə oldu. Sonra dron çəkilişi zamanı cihaz Daşaltı tərəfə düşmüşdü. Mən zarafatla dedim: “Cabir, tapılmasa, məni bağışla”. O isə cavab verdi: “Narahat olma, bu sadəcə sınaqdır. Əsas xoşbəxtlik odur ki, uşaqlarımız Şuşanı görür". Biz həmişə Şuşa ilə yaşamışıq, Şuşa ilə nəfəs almışıq. Cabir də ömrünün son günlərinədək bu amal ilə yaşadı. Mən qardaşdan yetim qaldım”.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bütün Xəbərlər