Tahir İmanov: “Mən qardaşdan yetim qaldım...”

Tahir İmanov: “Mən qardaşdan yetim qaldım...”
30.09.2025 14:29 Gündəm

“Mənim üçün qardaşım Cabir çox dəyərli idi. Uca Allahın köməyi ilə mən ailəmlə gözəl illər yaşamışam. Cabir 49 il həyatımızda oldu. Amma o, doğrudan da çox görkəmli, zəngin, dolu və işıqlı ömür sürdü. İlk illərimiz valideynlərimizin və Allahın sayəsində qayğısız keçdi. Şuşalı, Şuşasız günlərimiz oldu, amma şükürlər olsun ki, yenidən Şuşalı günlərimizi yaşadıq”.

Bu sözləri TodayPress TV-yə Cabir İmanovun qardaşı Tahir İmanov deyib.

“Çoxları Cabiri mənfi tərəfdən göstərməyə çalışsa da, Allahın verdiyi dəyəri heç kim ala bilməz. Cabir nümunəvi ata, nümunəvi oğul, nümunəvi nəvə idi. Mən ondan böyük olsam da, çox şeyi məhz ondan öyrənmişəm. Bəlkə də, elə buna görə ömrünün sonunda məndən əvvəl dünyasını dəyişdi. Harda olurdu olsun, istər əvvəl, istər qələbədən sonra – həyatımızın mənası yalnız Şuşa idi. Çünki təməl belə qoyulmuşdu. Bu təməli isə görkəmli bəstəkar Süleyman Ələsgərov qoymuşdu”, - deyə o əlavə edib.

Tahir İmanov, həmçinin bildirib:

“Eşq olsun Ali Baş Komandanımıza! Məhz o bizi Qarabağa gətirdi. Müharibə başlayanda Cabir çox sarsılmışdı, özünü tapa bilmirdi. Mənim anam, atam, hətta gəlinimiz də şahiddir ki, Cabir müharibəyə getmək istəyirdi. Dövlətimiz isə ona bildirdi ki, hələ onun növbəsi deyil, gözləməlidir. Sonra mən də getdim. Amma ona demədim. Şuşa azad olunandan sonra dövlətimiz Cabirə çox məsuliyyətli tapşırıq verdi. Yadınızdadırsa, Şuşada ilk konserti Dövlət Təhlükəsizlik Xidməti təşkil etmişdi və bu iş məhz Cabirə həvalə olunmuşdu. Cabir mənə zəng edib dedi: “Mən Şuşaya gedirəm, amma sən də aparıcı olmalısan”. Mən isə dedim: “Mən aparıcı yox, fəhləsi olmağa da razıyam, amma mütləq orda olacağam”. Beləcə, Cabirin rəhbərliyi ilə sənət adamlarımız Şuşada azadlıq gününü qeyd etdilər”.

Tahir İmanov son olaraq nitqini bu cür yekunlaşdırıb:

“Düz beş gün əvvəl biz Cabirlə, ailələrimizlə birlikdə yenə Şuşada olduq. Keçən həftənin üçüncü günü qayıtdıq. Bəstəkar Süleyman Ələsgərov haqqında ailəmizin çəkdiyi bədii filmin çəkilişlərində iştirak etdik. Cabir də həmin çəkilişlərdə oldu. Sonra dron çəkilişi zamanı cihaz Daşaltı tərəfə düşmüşdü. Mən zarafatla dedim: “Cabir, tapılmasa, məni bağışla”. O isə cavab verdi: “Narahat olma, bu sadəcə sınaqdır. Əsas xoşbəxtlik odur ki, uşaqlarımız Şuşanı görür". Biz həmişə Şuşa ilə yaşamışıq, Şuşa ilə nəfəs almışıq. Cabir də ömrünün son günlərinədək bu amal ilə yaşadı. Mən qardaşdan yetim qaldım”.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 Bütün Xəbərlər