Yaşayış binasında partlayış: 47 nəfər xəsarət aldı

Yaşayış binasında partlayış: 47 nəfər xəsarət aldı
13.10.2025 13:34 Dünya

Oktyabrın 13-nə keçən gecə Berlində yaşayış kompleksində güclü partlayış baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 47 nəfər xəsarət alıb. Partlayış Maykl-Bohnen-Rinq küçəsində yerləşən hündürmərtəbəli binanın birinci mərtəbəsində baş verib. Ardınca yanğın başlayıb və bir neçə mənzili əhatə edib. 

Yanğınsöndürmə zamanı mənzildə daha bir neçə partlayış qeydə alınıb. Zərbə dalğası yaxınlıqdakı pəncərələri sındırıb, dağıntılar ətrafa səpələnib.

Xilasedicilər bir neçə sakini, o cümlədən ağır xəsarət alan bir nəfəri binadan çıxarıblar. O, xəstəxanaya yerləşdirilib və həkimlərin sözlərinə görə, həyatına təhlükə yoxdur. Ümumilikdə 14 nəfər xəstəxanaya aparılıb, digərləri yüngül xəsarətlər alıb.

Partlayışın səbəbi hələ məlum deyil. Polis müstəntiqləri hadisə yerində araşdırma aparır. 

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
01 IYUN 2026
Azərbaycandan Ermənistana gübrə və buğda göndəriləcək? 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Bütün Xəbərlər