Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB...
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və amerikalı sahibkar Cared Kuşnerin yaxın iki həftə ərzində Ukraynaya səfər edə biləcəyini bildirib.
TodayPress TV xəbər verir ki, o bu barədə "CBS News" telekanalına müsahibəsində danışıb.
“Bəli, onların Kiyevə gələcəyini gözləyirik. Ümid edirəm ki, iki həftə ərzində buna imkan tapacaqlar. Ən azı danışıqlar qrupumdan belə bir məlumat almışam. Onlar mənə dedilər ki, Stiv və Caredlə təmasları olub və onlar Ukraynaya gəlib danışmağa hazır olduqlarını bildiriblər”, – deyə Zelenski vurğulayıb.
Ukrayna Prezidenti qeyd edib ki, səfərin baş tutması Yaxın Şərqdəki vəziyyətdən də asılıdır
“Amerikanın danışıqlar qrupunu Ukraynada görmək lazımdır”, – deyə o əlavə edib.
Zelenski xatırladıb ki, nə Stiv Uitkoff, nə də Cared Kuşner indiyədək Kiyevə səfər ediblər.
Qiymət Mahir