Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər...
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlar üçün qışa qədər imkan pəncərəsinin mövcud olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, o bu barədə "CBS News" telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, növbəti qış başlamazdan əvvəl diplomatik yol tapılmalı və tərəflər danışıqlar masasına əyləşməlidir.
“Qış başlamazdan əvvəl oturub danışmaq üçün diplomatik yol tapmaq lazımdır”, – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri bildirib ki, prosesin uğuru Rusiyaya göstərilən təzyiqdən asılı olacaq.
Zelenski, həmçinin qeyd edib ki, Böyük Britaniya, Fransa və Almaniya mümkün danışıqlarda Avropanı təmsil edə bilər.
“Bilmirəm bu ən yaxşı formatdırmı, amma hesab edirəm ki, bu ölkələr Avropanın nümayəndələri kimi çıxış edə bilərlər. Şimali Avropa ölkələrindən də etibarlı tərəfdaşlarımız var. Türkiyə isə hər zaman vasitəçi olmaq istəyib və hərbi əsirlərimizin qaytarılması məsələsində onun köməyi ilə müəyyən nəticələr əldə etmişik”, – deyə o bildirib.
Qiymət Mahir