Trampdan İrana qarşı yeni hücum siqnalı: 2-3 gün vaxtları var

Trampdan İrana qarşı yeni hücum siqnalı: 2-3 gün vaxtları var
19.05.2026 20:18 Dünya

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, amerikalı hərbçilər İrana yenidən zərbə endirmək məcburiyyətində qala bilərlər.

TodayPress TV xəbər verir ki, bu barədə "İnterfax" agentliyi məlumat yayıb.

"Ola bilsin ki, onlara daha bir zərbə endirmək lazım gələcək. Mən buna əmin deyiləm. Siz bunu tezliklə öyrənəcəksiniz", - deyə Tramp Ağ Evin qarşısında jurnalistlərə açıqlamasında bildirib.

ABŞ lideri İranın nüvə silahına sahib olmamalı olduğunu bir daha vurğulayıb və Demokratlar Partiyasını danışıqlara mane olmaqda ittiham edib.

Prezident qeyd edib ki, bir gün əvvəl İrana yeni hücumla bağlı qərarı əməliyyata "bir neçə saat qalmış" ləğv edib. Bununla yanaşı, Tramp İranla diplomatik səylərin davam etdirilməsi üçün yalnız məhdud vaxt ayrıldığını deyib.

"Mən iki-üç gün deyərdim, bəlkə cümə, şənbə, bazar, bəlkə də gələn həftənin əvvəli. Bu, məhdud zaman kəsiyidir. Çünki biz İranın nüvə silahına sahib olmasına icazə verə bilmərik", - deyə o bildirib.

Trampın sözlərinə görə, İran cavab zərbələri endirmək üçün müəyyən qüvvələrini qoruyub saxlaya bilib.

"Onların hərbi imkanları məhv edilməyib, lakin ciddi şəkildə zəiflədilib", - deyə ABŞ prezidenti əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 Azərbaycanla bağlı yayılan iddialar əsassızdır və manipulyasiyadır 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 Bütün Xəbərlər