Ətə "qurban" olacağıq - Bayramda qiymətdən niyə "əlimiz yanacaq"?

Ətə "qurban" olacağıq - Bayramda qiymətdən niyə "əlimiz yanacaq"?
22.05.2026 17:09 Cəmiyyət

"Bu il Azərbaycanda qurbanlıq qoyun və ətin qiymətləri əvvəlki illərlə müqayisədə xeyli bahalaşıb". 

Bunu TodayPress TV-yə açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.


Onun sözlərinə görə, hazırda bazarlarda orta ölçülü qurbanlıq qoyunların qiyməti təxminən 350 manatdan başlayır və heyvanın çəkisinə, cinsinə, köklüyünə görə 500-600 manata qədər yüksəlir:

"Daha iri və yaxşı bəslənmiş qoyunlar isə bundan da baha satılır. Bölgələrdə qiymətlər Bakıya nisbətən bir qədər münasib olsa da, ümumi artım hər yerdə hiss olunur. Qoyun ətinin kiloqramı isə təxminən 16-20 manat arasında dəyişir. Bayrama yaxın günlərdə tələbat artdığı üçün qiymətlərin bir qədər də yüksələcəyi gözlənilir".

Ekspert bildirib ki, qiymət artımının əsas səbəbi yem, ot, dərman və heyvandarlıq xərclərinin bahalaşmasıdır:

"Fermerlər bildirirlər ki, son illərdə heyvan saxlamaq əvvəlki qədər sərfəli deyil. Yanacaq və daşınma xərclərinin artması da qiymətlərə təsir edir. Üstəlik, Qurban bayramı yaxınlaşdıqca alıcı sayı çoxalır və bu da bazarda qiymətin aşağı düşməsinə imkan vermir". 

İqtisadçı vurğulayıb ki, Azərbaycan ailələrinin büdcəsi baxımından vəziyyət hamı üçün eyni deyil. Yüksək və orta gəlirli ailələr üçün qurbanlıq almaq mümkün olsa da, aylıq gəliri az olan ailələr üçün 400-500 manatlıq qoyun almaq ciddi maliyyə yükünə çevrilib:

"Xüsusilə kirayədə yaşayan, kredit ödəyən və çoxuşaqlı ailələr üçün bu məbləği birdəfəlik xərcləmək çətin olur. Buna görə son illərdə insanlar daha çox bir neçə nəfərin birləşib iri heyvan kəsməsinə və ya qurbanı pay şəklində etməyə üstünlük verirlər. Bəziləri isə daha münasib qiymət tapmaq üçün bölgələrdən heyvan almağa çalışır. Bununla yanaşı, cəmiyyətdə qurban ibadətinin sosial tərəfi də güclüdür. Bir çox insan qiymət baha olsa belə, bu ibadəti yerinə yetirməyə çalışır, çünki həm dini baxımdan önəmli hesab olunur, həm də ehtiyacı olan insanlara yardım etmək məqsədi daşıyır".

Akif Nəsirli əlavə edib ki, bu il qurbanlıq xərcləri Azərbaycan ailələrinin büdcəsinə əvvəlki illərlə müqayisədə daha ağır təsir edəcək.

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı 2026-cı ildə mayın 27-si və 28-nə təsadüf edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Bütün Xəbərlər