Ətə "qurban" olacağıq - Bayramda qiymətdən niyə "əlimiz yanacaq"?

Ətə "qurban" olacağıq - Bayramda qiymətdən niyə "əlimiz yanacaq"?
22.05.2026 17:09 Cəmiyyət

"Bu il Azərbaycanda qurbanlıq qoyun və ətin qiymətləri əvvəlki illərlə müqayisədə xeyli bahalaşıb". 

Bunu TodayPress TV-yə açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.


Onun sözlərinə görə, hazırda bazarlarda orta ölçülü qurbanlıq qoyunların qiyməti təxminən 350 manatdan başlayır və heyvanın çəkisinə, cinsinə, köklüyünə görə 500-600 manata qədər yüksəlir:

"Daha iri və yaxşı bəslənmiş qoyunlar isə bundan da baha satılır. Bölgələrdə qiymətlər Bakıya nisbətən bir qədər münasib olsa da, ümumi artım hər yerdə hiss olunur. Qoyun ətinin kiloqramı isə təxminən 16-20 manat arasında dəyişir. Bayrama yaxın günlərdə tələbat artdığı üçün qiymətlərin bir qədər də yüksələcəyi gözlənilir".

Ekspert bildirib ki, qiymət artımının əsas səbəbi yem, ot, dərman və heyvandarlıq xərclərinin bahalaşmasıdır:

"Fermerlər bildirirlər ki, son illərdə heyvan saxlamaq əvvəlki qədər sərfəli deyil. Yanacaq və daşınma xərclərinin artması da qiymətlərə təsir edir. Üstəlik, Qurban bayramı yaxınlaşdıqca alıcı sayı çoxalır və bu da bazarda qiymətin aşağı düşməsinə imkan vermir". 

İqtisadçı vurğulayıb ki, Azərbaycan ailələrinin büdcəsi baxımından vəziyyət hamı üçün eyni deyil. Yüksək və orta gəlirli ailələr üçün qurbanlıq almaq mümkün olsa da, aylıq gəliri az olan ailələr üçün 400-500 manatlıq qoyun almaq ciddi maliyyə yükünə çevrilib:

"Xüsusilə kirayədə yaşayan, kredit ödəyən və çoxuşaqlı ailələr üçün bu məbləği birdəfəlik xərcləmək çətin olur. Buna görə son illərdə insanlar daha çox bir neçə nəfərin birləşib iri heyvan kəsməsinə və ya qurbanı pay şəklində etməyə üstünlük verirlər. Bəziləri isə daha münasib qiymət tapmaq üçün bölgələrdən heyvan almağa çalışır. Bununla yanaşı, cəmiyyətdə qurban ibadətinin sosial tərəfi də güclüdür. Bir çox insan qiymət baha olsa belə, bu ibadəti yerinə yetirməyə çalışır, çünki həm dini baxımdan önəmli hesab olunur, həm də ehtiyacı olan insanlara yardım etmək məqsədi daşıyır".

Akif Nəsirli əlavə edib ki, bu il qurbanlıq xərcləri Azərbaycan ailələrinin büdcəsinə əvvəlki illərlə müqayisədə daha ağır təsir edəcək.

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı 2026-cı ildə mayın 27-si və 28-nə təsadüf edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Bütün Xəbərlər