XİN İranda olan vətəndaşlarımıza müraciət etdi

XİN İranda olan vətəndaşlarımıza müraciət etdi
01.03.2026 11:58 Xarici siyasət

Xarici İşlər Nazirliyi hazırda İranda olan vətəndaşlarımıza müraciət edib.

TodayPress TV xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

“Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur”,- Ayxan Hacızadə əlavə edib.

TodayPress TV 

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər