Xələf Xələfov Pakistanın xarici işlər naziri ilə görüşdü

Xarici siyasət

30.01.2026 20:10

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Pakistan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

Görüş zamanı X.Xələfov Pakistanın xarici işlər nazirinə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (CICA) sədrliyi çərçivəsində davam edən təşəbbüslər barədə məlumat verib.

Pakistanın xarici işlər naziri İshaq Dar ölkəsinin Azərbaycanın CICA-dakı liderlik roluna və regional əməkdaşlığın və qarşılıqlı anlaşmanın təşviqi səylərinə tam dəstək verdiyini bir daha təsdiqləyib.

Tərəflər, həmçinin iki qardaş ölkə arasında ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi yollarını müzakirə ediblər.

TodayPress TV

tag: Xələf Xələfov, Azərbaycan, Pakistan, CICA, todaypress.tv,