TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev Xankəndiyə gəldi
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev iyulun 4-də Xankəndiyə gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə "Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı məlumat verib.
O, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak edəcək.