Səfir: “Qlobal qeyri-sabitliyə baxmayaraq Bakı–Minsk əməkdaşlığı güclənir”

Xarici siyasət

17.12.2025 16:47

“2025-ci il Azərbaycan–Belarus münasibətləri baxımından strateji tərəfdaşlığın daha da gücləndiyi il kimi yadda qalıb”.

TodayPress TV xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. 

O bildirib ki, mürəkkəb və qeyri-sabit beynəlxalq siyasi proseslərə baxmayaraq, iki ölkə arasında strateji əməkdaşlıq ardıcıl şəkildə inkişaf edib.

Diplomatın sözlərinə görə, bu müsbət dinamikanın əsas səbəblərindən biri dövlət qurumları arasında formalaşmış sıx əlaqələrdir. Xüsusilə Xarici İşlər nazirlikləri xətti ilə aparılan intensiv dialoq və beynəlxalq platformalarda nümayiş etdirilən qarşılıqlı dəstək münasibətlərin möhkəmlənməsində mühüm rol oynayıb.

Səfir vurğulayıb ki, Azərbaycan və Belarusun Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığı da bu tərəfdaşlığın bariz nümunələrindən biridir.

Qiymət Mahir

TodayPress TV

tag: Dmitri Pineviç,Belarus,Səfir,Konfrans,Todaypress.tv,