Sankt-Peterburqda Azərbaycan dövlətçiliyinin 108 illik tarixi qeyd olundu

Sankt-Peterburqda Azərbaycan dövlətçiliyinin 108 illik tarixi qeyd olundu
23.05.2026 22:40 Xarici siyasət

28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü ilə əlaqədar ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğunun təşkilatçılığı ilə rəsmi qəbul təşkil olunub.

TodayPress TV xəbər verir ki, tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin deputatları və parlament nümayəndə heyətinin üzvləri, Sankt-Peterburq Qanunvericilik Məclisi sədrinin müavini Pavel İtkin, Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Maksim Poletayev, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədr müavini Nizami Məmişov, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova, Rusiya Prezidenti yanında Sankt-Peterburq Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının direktoru Andrey Xlutkov, Sankt-Peterburq hökumətinin rəsmiləri və Qanunvericilik Məclisinin deputatları, diplomatik korpusun rəhbərləri, Azərbaycan diasporunun üzvləri, azərbaycanlı mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən səfir Rəhman Mustafayev və Sankt-Peterburq şəhərindəki baş konsul vəzifəsini icra edən Anar Yusifzadə Azərbaycan Demokratik Respublikasının 108 il əvvəl əsasını qoyduğu dövlətçilik ənənəsindən, ölkəmizin beynəlxalq nüfuzundan, müasir dövrdə dayanıqlı inkişaf modelindən, regionda sülhə və təhlükəsizliyə verdiyi töhfədən bəhs ediblər.

Sankt-Peterburq Qanunvericilik Məclisi sədrinin müavini Pavel İtkin, Rusiya XİN-nin Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Maksim Poletayev və Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədr müavini Nizami Məmişov çıxışları zamanı Sankt-Peterburq ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verildiyini, Azərbaycan ilə Rusiya arasında yüksəksəviyyəli dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin, strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd ediblər.

Azərbaycanın Əməkdar artisti, opera müğənnisi Elnarə Məmmədova, Azərbaycan Dövlət Televiziyasının və Azərbaycan Muğam Mərkəzinin solisti, xanəndə Mirələm Mirələmov, vokalçı Ayna Kərimova, opera ifaçısı Teymur Kazımov, “Xəzər” Azərbaycan xalq rəqsləri ansamblının iştirak etdiyi konsert proqramında incəsənət nümayəndələrinin ifasında milli musiqimizin əvəzsiz nümunələri qonaqlar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Tədbir zamanı qonaqlara Azərbaycanın milli mətbəxindən ibarət rəsmi ziyafət verilib.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Bütün Xəbərlər