Prezident İlham Əliyevin Şuşa səfərində uşaqlarla səmimi görüntüləri - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada gəzinti zamanı şəhərin balaca sakinləri ilə görüşüblər.
TodayPress TV bu barədə Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Dövlət başçısı İlham Əliyev balaca sakinlərlə səmimi söhbətindən sonra onlarla foto çəkdirib.