İraq Prezidenti İlham Əliyevi təbrik etdi

İraq Prezidenti İlham Əliyevi təbrik etdi
24.06.2026 19:11 Xarici siyasət

İraq Respublikasının Prezidenti Nizar Amidi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Dost Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə cansağlığı və uğurlar, xalqınıza isə davamlı tərəqqi və firavanlıq arzulayırıq.

Bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə sadiqliyimizi bir daha təsdiqləyirik".

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər