Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşdü
24 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşa Respublikasına işgüzar səfərə yola düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 25 iyun tarixində Qdansk şəhərində Ukrayna Bərpa Konfransında iştirakı və bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.