Azərbaycan və Yunanıstan universitetləri arasında əməkdaşlıq müzakirə olundu

Azərbaycan və Yunanıstan universitetləri arasında əməkdaşlıq müzakirə olundu
19.06.2026 19:25 Xarici siyasət

Yunanıstanın Bakıdakı səfiri Maria Papakonstantinunun Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla ilə görüşündə iki ölkənin ali məktəbləri arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediilib.

TodayPress TV xəbər verir ki, bu barədə Yunanıstanın Bakıdakı səfirliyi sosial şəbəkələrdə məlumat yayıb.

Tərəflər təhsil və mədəniyyət sahələrində Yunanıstan və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi perspektivlərini nəzərdən keçirib, həmçinin ADU-nun nəzdindəki Yunan Dili və Mədəniyyəti Mərkəzinin əhəmiyyətini vurğulayaraq onun fəaliyyətini genişləndirməyə hazır olduqlarını ifadə ediblər.

Bundan əlavə, tərəflər xüsusilə birgə tədqiqat proqramları çərçivəsində Azərbaycan və Yunanıstan ali məktəbləri arasında əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.

M.Papakonstantinu, həmçinin Yunan Dili və Mədəniyyəti Mərkəzinə baş çəkib, yunan dilini öyrənən azərbaycanlı tələbələrlə görüşüb.

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər