Azərbaycan və Qazaxıstan TDT çərçivəsində əməkdaşlığı müzakirə etdi

Azərbaycan və Qazaxıstan TDT çərçivəsində əməkdaşlığı müzakirə etdi
03.04.2026 16:32 Xarici siyasət

Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov və Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakayev arasında görüş keçirilib.

Bu barədə TodayPress TV-yə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyində olan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

2 aprel tarixində Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünün keçirilməsi yüksək qiymətləndirilib. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə eyni zamanda regional və beynəlxalq gündəliyin aktual məsələlərinə toxunulub.

TodayPress TV

FOTOLAR

Azərbaycan və Qazaxıstan TDT çərçivəsində əməkdaşlığı müzakirə etdi — 1
Azərbaycan və Qazaxıstan TDT çərçivəsində əməkdaşlığı müzakirə etdi — 2
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər