Prezident Özbəkistan Prezidenti ilə görüşdü

Prezident Özbəkistan Prezidenti ilə görüşdü
18.05.2026 17:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

TodayPress TV xəbər verir ki, dövlətimizin başçısı Şavkat Mirziyoyevə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak etdiyinə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, Özbəkistan Prezidentinin burada olması dövlətlərimiz və xalqlarımız arasında qardaşlıq və dostluq əlaqələrinin göstəricisidir.

Şavkat Mirziyoyevlə görüşlərini xatırladan Prezident İlham Əliyev bu görüşlər əsnasında müzakirə olunmuş layihələrin həyata keçirildiyini dedi.

Dövlətimizin başçısı Bakıda Özbəkistan parkının inşasını da qeyd etdi.

Dost və qardaş Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Şavkat Mirziyoyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi, bu tədbirin şəhərsalma mövzusuna həsr olunan mühüm qlobal məsələlərin müzakirəsinə imkan yaratdığını vurğuladı və dəvətə görə təşəkkür etdi.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Ölkəmizə hər səfərində inkişafın şahidi olduğu deyən Özbəkistan Prezidenti Azərbaycanın Qarabağda yeni şəhərlər və kəndlər saldığını məmnunluqla vurğuladı və bunu Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlar kimi qiymətləndirdi.

Şavkat Mirziyoyev dedi ki, dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlar, Vətən müharibəsində qazanılan Qələbə Prezident İlham Əliyevin səylərinin və Vətənə, xalqa sevgisinin nəticəsidir.

Xoş sözlərə görə təşəkkür edən dövlətimizin başçısı Qarabağın bərpasında Özbəkistan Prezidentinin göstərdiyi dəstəyi qeyd etdi. Bu xüsusda vurğulandı ki, Füzulidə Özbəkistan tərəfindən inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Qarabağın bərpası prosesində ilk hədiyyə olub. Prezident İlham Əliyev bunu qardaşlığın, dəstəyin və həmrəyliyin təcəssümü kimi qiymətləndirdi.

Söhbət zamanı Azərbaycan Prezidentinin Özbəkistana, Özbəkistan Prezidentinin isə ölkəmizə səfərləri, həmçinin görüşləri məmnunluqla xatırlandı.

Dövlət başçılarının verdikləri tapşırıqlara uyğun olaraq iki ölkə arasında həyata keçirilən iqtisadi layihələr bir daha nəzərdən keçirildi, onların icrasından məmnunluq ifadə olundu. Bu xüsusda energetika, mədən sənayesi, kənd təsərrüfatı, maşınqayırma sənayesi, əczaçılıq və digər sahələrdə olan layihələrə toxunuldu.

Ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik xarakteri daşıdığı vurğulanaraq, bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd olundu.

TodayPress TV

FOTOLAR

Prezident Özbəkistan Prezidenti ilə görüşdü — 1
Prezident Özbəkistan Prezidenti ilə görüşdü — 2
Prezident Özbəkistan Prezidenti ilə görüşdü — 3
Prezident Özbəkistan Prezidenti ilə görüşdü — 4
Prezident Özbəkistan Prezidenti ilə görüşdü — 5
Prezident Özbəkistan Prezidenti ilə görüşdü — 6
Prezident Özbəkistan Prezidenti ilə görüşdü — 7
XƏBƏR LENTİ
05 IYUN 2026
Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır! 10:02 Polis məmuru oğlunu güllələdi, başında gözlədi - VİDEO 09:55 Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş 09:49 Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı 09:41 Qonşu ölkə tarixi köklərinə qayıtdı - Qurultay sisteminə keçdi 09:45 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ! 09:36 Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Bütün Xəbərlər