Əliyar Ağayev ÇL oyununu idarə etdi
UEFA
05.11.2025 10:01
Əliyar Ağayev UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin IV turunda “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) oyununu idarə edib.
TodayPress TV xəbər verir ki, FIFA referisi birinci hissədə çexiyalı futbolçu Lukas Provodun cərimə meydançası daxilində əllə oynamasına görə penalti təyin edib. Ağayev VAR-a baxdıqdan sonra qayda pozuntusunu qeydə alıb.
Matçın baş hakimi bir daha oyunun sonunda onbir metrlik cərimə zərbəsi təyin edib. Növbəti dəfə VAR monitoruna yaxınlaşan Ağayev kobud oyuna görə londonluların qapısına təyin etdiyi penaltini ləğv edib.
Ədalət qoruyucusu oyun ərzində “Slaviya”nın 3, “Arsenal”ın isə 4 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, “Slaviya” – “Arsenal” matçı London təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Topçular”ın heyətində Bukayo Saka oyunda hesabı açıb, Bay Merino isə dubl edib.
Namiq HUN
tag: Əliyar Ağayev,UEFA,ÇL,FIFA,Todaypress.tv,
