ÇL-də böyük səs-küy: hakim səhvləri cəza ilə nəticələndi
UEFA
10.04.2026 09:35
UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində keçirilən “Barselona” – “Atletiko” (0:2) oyununu idarə edən hakim mövsümün sonuna qədər turnirdən uzaqlaşdırılıb.
TodayPress TV xəbər verir ki, UEFA rumıniyalı hakim İştvan Kovaç barədə qərar qəbul edib.
Qurum qarşılaşmada buraxılan bir neçə ciddi səhvə görə referini Çempionlar Liqasında mövsümün sonuna qədər cəzalandırıb.
Xatırladaq ki, “Barselona” rəhbərliyi oyundan sonra hakim idarəçiliyi və VAR qərarları ilə bağlı UEFA-ya rəsmi şikayət edib. Kataloniya klubu xüsusilə matçın 54-cü dəqiqəsində rəqib oyunçunun cərimə meydançasında əllə oynamasına baxmayaraq penalti təyin olunmamasını vurğulayıb.
İştvan Kovaç buna baxmayaraq, Dünya Çempionatı üçün hakimlər siyahısına daxil edilib.
Namiq HUN
tag: UEFA,Çempionlar Liqası,Barselona,Atletiko,Todaypress.tv,
