“Araz-Naxçıvan” futzal klubunun Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri müəyyənləşdi

“Araz-Naxçıvan” futzal klubunun Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri müəyyənləşdi
31.08.2025 12:45 UEFA

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, Azərbaycan çempionu bu mərhələdə Rumıniyanın “Yunayted Qalati”, Lüksemburqun “Differdanj” və Niderlandın “Tayqers Rormund” klubları ilə qarşılaşacaq. 

Bu mərhələnin oyunları oktyabrın 28-dən noyabrın 2-dək Rumıniyada keçiriləcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" F qrupunda Şimali İrlandiyanın "Sparta Belfast" klubuna 9:1, Şotlandiya "Saltires" komandasına 7:2 və Avstriyanın "Ljuti Krajişniçi" kollektivinə 12:3 hesabı ilə qalib gəlib.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər