Rusiyada logistika mərkəzləri VURULDU: Yaralılar var - VİDEO

Rusiyada logistika mərkəzləri VURULDU: Yaralılar var - VİDEO
22.07.2026 09:13 Dünya

Rusiyanın Krasnodar şəhərində və Stavropol diyarının Nevinnomıssk şəhərində yerləşən Wildberries şirkətinə məxsus iri logistika mərkəzləri gecə saatlarında pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə şirkətin həmtəsisçisi Tatyana Kimin Telegram kanalında məlumat yayıb. 

Məlumata görə, Nevinnomısskdakı anbara edilən hücum nəticəsində 5 nəfər tibbi yardım üçün müraciət edib. Krasnodardakı anbara zərbə zamanı isə daha 3 nəfər xəsarət alıb.

Hər iki obyektə endirilən zərbələrdən sonra güclü yanğın baş verib. Bildirilir ki, yanğınların söndürülməsi istiqamətində işlər hazırda da davam etdirilir.

Qeyd edək ki, Krasnodardakı logistika mərkəzinin sahəsi 150 min kvadratmetrdir və bu obyekt Wildberries şirkətinin Rusiyadakı ən böyük anbarları arasında 4-cü yerdə qərarlaşıb. Nevinnomısskdakı logistika mərkəzi isə 120 min kvadratmetr sahəyə malikdir və şirkətin ölkədəki 6-cı ən böyük anbarı hesab olunur.

Jalə Rövşən 

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər