Türkiyə NATO-nun V maddəsinin işə düşməsini tələb etdi - Ankara sammiti öncəsi qlobal laylar tərpəndi

Türkiyə NATO-nun V maddəsinin işə düşməsini tələb etdi - Ankara sammiti öncəsi qlobal laylar tərpəndi
19.06.2026 13:53 Təhlil

NATO-nun 2026-cı ildə Ankarada keçiriləcək tarixi Zirvəsi ərəfəsində Türkiyənin mövqeyi daha da güclənir.

Türkiyənin Müdafiə Naziri Yaşar Gülər NATO-nun kollektiv müdafiə mexanizminin əsasını təşkil edən V (5-ci) maddəyə sadiqliyin yenidən və güclü şəkildə təsdiqlənməsini əsas gözlənti kimi irəli sürdü.

Ankara Zirvəsindən əsas gözlənti NATO-nun əsasını təşkil edən kollektiv müdafiə anlayışının və 5-ci maddəyə bağlılığın güclü şəkildə təsdiqlənməsidir.

Bu, Vaşinqton Müqaviləsinin 1949-cu ildə qoyduğu əsas prinsipi – bir üzvə hücumun bütün ittifaqa hücum kimi qəbul edilməsi prinsipini gücləndirəcək.

Türkiyə NATO-nun ən böyük ikinci ordusuna malikdir və ittifaqın ən etibarlı üzvlərindən biridir. Ölkə komando birliklərinin imkanlarını artırır, dəyişən təhlükə mühitinə uyğun yeni qabiliyyətlər inkişaf etdirir və gələcəkdə NATO-nun ən kritik qüvvə strukturlarından biri olan Müttəfiq Reaksiya Qüvvəsinin (Allied Reaction Force) komandanlığını üstələyəcək.

Proses Ankaranın strateji əhəmiyyətini təsdiqləyir.

Geosiyasi gərginliklər fonunda, məsələn, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki qarşıdurmalar, Çin faktorunun artması) NATO üzvləri arasında həmrəyliyin yenidən təsdiqi lazımdır.

ABŞ-dəkı mümkün siyasət dəyişiklikləri xüsusilə Avropanın müdafiəsində daha çox yük daşıma tələbi fonunda Türkiyə özünü “Avropa-Atlantik təhlükəsizliyinin mühüm dayağı” kimi təqdim edir.

Ankara sammiti “NATO-nun Ankara anı” kimi xarakterizə olunur – ittifaqın gələcək strateji yönümünün müəyyənləşdiriləcəyi kritik mərhələdir.

Türkiyə NATO-ya qoşulmasının 74-cü ildönümünü qeyd edərkən artıq “ittifaqın gələcəyinə yön verən başlıca ölkələrdən biri” statusuna iddialıdır.

Ölkə həm Balkanlardan Qara dənizə, həm də Yaxın Şərqə qədər geniş coğrafiyada təhlükəsizlik töhfəsi verir, Ukraynaya dəstək göstərir və müdafiə sənayesindəki uğurları ilə diqqət çəkir. Müdafiə Nazirinin mesajı Ankara Zirvəsi öncəsi Türkiyənin “masada bərabər oyunçu” kimi mövqeyini möhkəmləndirən strateji gedişdir.

Ankara öz maraqlarını və ittifaqa verdiyi töhfəni açıq şəkildə ortaya qoyub.

Jalə Rövşən

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər