Moskva tükənir, ümid Pekinədir: İran Çindən nə gözləyir?

Moskva tükənir, ümid Pekinədir: İran Çindən nə gözləyir?
07.05.2026 12:11 Təhlil

"İranın xarici işlər naziri Abbas Əraqçinin Moskvadan sonra Pekinə səfəri ölkəsinin iki tərəfdaşından Tehrana dəstəyin artırılması gözləntisi ilə bağlıdır".

TodayPress TV xəbər verir ki, politoloq Elxan Şahinoğlu bunu öz "Facebook" hesabında yazıb.

O bildirib ki, Ukraynaya qarşı işğalçı müharibə Rusiyanın resurslarını tükəndirmək üzrədir. Bu səbəbdən Rusiyanın İrana dəstəyi artırması imkanları məhduddur. Bu vəziyyətdə İranın digər tərəfdaşı Çindən gözləntisi artıb:

"Pekin İranın ABŞ-yə məğlub olmasını əngəlləməyə çalışır. Pekində həmkarıyla görüşən Çinin xarici işlər naziri Van İnin “Çin İranın etibarlı strateji tərəfdaşıdır” açıqlaması Vaşinqtona mesajdır. Van İ bildirib ki, Pekin Tehranla siyasi etimadı daha da gücləndirməyə və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır. Van İ iki ölkə rəsmiləri arasında təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb".

Ekspertin fikrincə, Pekin Vaşinqton və Tel-Əvivdən fərqli olaraq İranın nüvə silahı əldə etməyə çalışmasına inanmır:

"Bunu Van İnin “Çin İranın nüvə silahı hazırlamaqdan imtina öhdəliyinə sadiqliyini yüksək qiymətləndirir və onun nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu tanıyır” sözləri də təsdiq edir. Təsadüfi deyil ki, Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququndan istifadə edərək bu beynəlxalq təşkilatda İrana qarşı qətnamələrin qəbulunun qarşısını alır".

E.Şahinoğlu əlavə edib ki, Pekinin İrana hərtərəfli dəstəyini davam etdirməsinə baxmayaraq, Tehranın Vaşinqtonla danışıqlar yolu ilə məsələlərin həllinə üstünlük verməsini istəyir:

"Əlbəttə, Pekin bu zaman Vaşinqtonun Tehrana təzyiqini də qəbul etmir. Bütün hallarda “Hörmüz boğazı” ətrafındakı gərginliyin davamı Çinin maraqlarına ziddir. Çin İran və Körfəz ölkələrinin enerji resurslarını və mineral zənginliklərini nəql etməkdən məhrum olub. Çin bölgədəki gərginliyə qədər neftə olan tələbatının yarıdan çoxunu “Hörmüz boğazı” üzərindən əldə edirdi. Mövcud vəziyyət Çin iqtisadiyyatına mənfi təsir edir. Vaşinqton bu səbəbdən Pekinin İrandakı rejimə təsir etməsini istəyir ki, “Hörmüz boğazı” müharibədən əvvəl olduğu kimi bütün dövlətlərin gəmilərinə açıq olsun. Pekinin bu məsələnin həllindəki rolu ABŞ Prezidenti Donald Trampın bir neçə gündən sonra Çinə planlaşdırılan səfərinə də müsbət təsir edə bilər. Ancaq Pekin “Hörmüz boğazı”nın açılmasını istəsə də, ABŞ-ın boğazın girişini mühasirədə saxlaması siyasətini qətiyyətlə rədd edir. Ona görə də Pekin Vaşinqtonun istəyi ilə birtərəfli qaydada Tehrana təzyiq etməyəcək. Çünki, Çin hakimiyyəti düşünür ki, “Hörmüz boğazı”yla bağlı problemin qarşılıqlı güzəştlərlə həlli mümkündür. Tehranla Vaşinqton isə boğazla bağlı qarşılıqlı güzəştlərə hələ ki, hazır deyillər".

Qiymət Mahir

XƏBƏR LENTİ
01 IYUN 2026
İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Bütün Xəbərlər