Meksika Vaşinqton və Havana arasında vasitəçi qismində... – RƏY

Meksika Vaşinqton və Havana arasında vasitəçi qismində... – RƏY
13.02.2026 19:42 Təhlil

Meksika Prezidenti Klaudiya Şeynbaum ölkəsinin ABŞ-nin Kubaya tətbiq etdiyi neft blokadası şəraitində Vaşinqton və Havana arasındakı dialoqda vasitəçi qismində çıxış etməyə hazır olduğunu bildirib. 

Bəs Meksikanın bu vasitəçilik təşəbbüsü Vaşinqtonla münasibətlərdə gərginliyə səbəb ola bilərmi?

Mövzu ilə bağlı politoloq Aydın Quliyev TodayPress TV-yə danışarkən bildirib ki, Şeynbaumun bəyanatı Meksika ilə ABŞ arasında münasibətləri bir qədər gərginləşdirə bilər.


"Meksika Prezidentinin bu bəyanatı, həm öz ölkəsinin marağından, həm də Kuba ilə oxşar milli-etnik köklərə malik olan ölkələr kimi təəssübkeşlikdən doğan bir mövqedir", - deyə o vurğulayıb.   

Analitikin sözlərinə görə, Amerikanın Kubaya tətbiq etdiyi enerji sanksiyaları ölkənin iqtisadiyyatını tamamilə çökdürüb. O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Venesuelanı ələ keçirəndən sonra Kubanın əsas təchizatçısı olan Havananı oyundan tam kənar vəziyyətdə qoyub.  

İndiyə qədər Kubanı neftlə təmin edən ölkələrdən birinin də Meksika olduğunu xatırladan siyasi şərhçi bildirib ki, Trampın Kubaya tətbiq etdiyi sanksiyalar Meksikanın özünün də Kubaya benzin-neft satışını məhdudlaşdırıb:

"Şeynbaumun bu narahatlığı həm də ölkəsinin Kubaya benzin-neft sata bilməməsindən irəli gəlir. Ölkənin əsas sərvətinin bazarı məhdudlaşdırılırsa, bu, qazancın azalması deməkdir. Kuba isə enerji böhranını daha ağır şəkildə yaşamalı olur".

A. Quliyev əlavə edib ki, əgər bu bəyanat yalnız söz olaraq qalarsa, Amerika ilə Meksika arasında ciddi dəyişiklik baş verməyəcək. Lakin Şeynbaum bu bəyanata uyğun konkret addımlar atarsa, yəni hüquqi və ya diplomatik-siyasi müstəvidə Kubanı neftlə-benzinlə təchiz etmək istiqamətində təşəbbüs göstərərsə, bu, iki ölkə arasında münasibətləri daha da gərginləşdirə bilər.

Siyasi analitik qeyd edib ki, dövlətlər arasındakı münasibətlər onsuz da gərgindir və bu gərginliyin kökləri daha dərinə gedir. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 Bütün Xəbərlər