Liderlər yenidən görüşür: "Zelenskinin hədəfi real zəmanətlərdir" - DEPUTAT

Liderlər yenidən görüşür: "Zelenskinin hədəfi real zəmanətlərdir" - DEPUTAT
01.09.2025 14:49 Təhlil

"Ukrayna Prezidenti Volodimir Zelenskinin sentyabrın 4-də ABŞ Prezidenti Donald Tramp və Avropa İttifaqı liderləri ilə Parisdə keçiriləcək görüşündən əsas gözləntisi təhlükəsizlik zəmanətlərinin yalnız deklarativ bəyanatlar səviyyəsində qalmaması, real siyasi və hüquqi mexanizmlərlə təmin olunmasıdır".

Milli Məclisin deputatı Elçin Mirzəbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.

Parlamentarinin sözlərinə görə, Budapeşt Memorandumunun acı təcrübəsi Ukraynaya öyrədib ki, kağız üzərində olan təminatlar işğal və müharibə qarşısında heç bir effektiv müdafiə yaratmır. Ona görə də Avropa Komissiyası rəhbəri Ursula fon der Lyayenin səsləndirdiyi “coalition of the willing” – iradəli dövlətlərin koalisiyası konsepsiyası hazırda müzakirələrin əsas istiqamətinə çevrilib. Paris görüşündə bu ideyanın konkret yol xəritəsinin açıqlana biləcəyi ehtimalı var.

Millət vəkili əlavə edib ki, görüş həm də Avropa üçün öz mövqeyini sərtləşdirmək imkanı yaradır:

"Müharibə başlayandan bəri Avropa İttifaqı daxilində təhlükəsizlik məsələlərində fərqli yanaşmalar mövcud olsa da, Ukraynanın taleyinin ABŞ-Rusiya formatında həll olunması ehtimalı Avropa liderlərini daha sıx koordinasiyaya məcbur edir. Paris platforması bu baxımdan həm ABŞ ilə transatlantik əməkdaşlığın, həm də Aİ daxilində strateji birliyin möhkəmləndirilməsi üçün mühüm sınaq olacaq. Ən kritik məsələlərdən biri isə Zelenskinin sülh təşəbbüslərində kənarda qalmamasıdır. Donald Trampın elan etdiyi “sürətli barış planı”nın təfərrüatları hələ də mübahisəlidir və Avropa liderləri əmin olmaq istəyirlər ki, Ukraynanın maraqları ikinci plana keçməsin".

E.Mirzəbəylinin ehtimalına görə, Avropa liderləri Rusiyaya qarşı mövcud sanksiyaların qorunması və yeni tədbirlərin gündəmə gətirilməsi ilə bağlı vahid mövqe nümayiş etdirməyə çalışacaqlar. Parisdə veriləcək mesaj həm Moskvaya, həm də tərəddüd edən tərəfdaşlara ünvanlanacaq: Avropa bu müharibədə nəinki diplomatik, həm də iqtisadi-siyasi cəbhədə davamlı müqavimət göstərməyə cəhd göstərsə də, real nəticəyə nail ola bilməyib.

"Bu görüş əslində, daha geniş diplomatik prosesin bir həlqəsi ola bilər. Parisdən sonra Londonda və Vaşinqtonda yeni görüşlərin keçirilməsi planlaşdırılır. Bu isə onu göstərir ki, Qərb müharibənin nəticələrini müəyyən edəcək uzunmüddətli siyasi dialoqu ardıcıl və mərhələli şəkildə formalaşdırmağa çalışır. Nəticə etibarilə Paris görüşündə diqqət üç istiqamətdə cəmlənəcək: Ukraynaya real təhlükəsizlik zəmanətləri – “coalition of the willing” mexanizmi çərçivəsində, Avropa və ABŞ-nin strateji koordinasiyası – transatlantik həmrəyliyin bərpası və möhkəmlənməsi, həmçinin Rusiyaya sanksiyaların davamı və izolyasiya siyasətinin gücləndirilməsi ilə bağlı mesaj da verilə bilər", - deyə millət vəkili diqqətə çatdırıb.

Deputat bunun hansısa effektiv nəticəyə çıxaracağını isə mübahisəli məsələ adlandırıb. Onun sözlərinə görə, hazırda belə bir ehtimal çox azdır.

Qeyd edək ki, sentyabrın 4-də Parisdə Amerika və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski, eləcə də Avropa liderləri arasında görüş keçiriləcək. Görüş Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə baş tutacaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 IYUN 2026
Məsud Pezeşkian istefa verib ? 10:05 Prezident Bakı 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Bütün Xəbərlər