İsraildən ABŞ-yə təcili göndəriş: "İran qaçılmaz hücuma hazırlaşır"

İsraildən ABŞ-yə təcili göndəriş: "İran qaçılmaz hücuma hazırlaşır"
22.12.2025 17:55 Təhlil

İsrail ABŞ-ni İranın mümkün hücumu ilə bağlı xəbərdar edib. Məlumata görə, İsrail tərəfi İran İslam İnqilabı Keşikçiləri Korpusunun raket təlimlərini potensial hücuma hazırlıq kimi qiymətləndirir. İsrail Baş Qərargah rəisi Eyal Zamir bu narahatlığı ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperə çatdıraraq müdafiə hazırlıqlarının əlaqələndirilməsini istəyib. ABŞ isə hazırda İranın qaçılmaz hücumu ilə bağlı təsdiqlənmiş kəşfiyyat məlumatlarının olmadığını bildirir.

Maraqlıdır, İran mövcud vəziyyətdə hücuma keçə bilərmi? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Sədrəddin Soltan bildirib ki, ABŞ, İran və İsrail arasında atəşkəslə bağlı heç bir rəsmi müqavilə və ya hüquqi sənəd mövcud deyil.


Onun sözlərinə görə, mövcud atəşkəs faktiki olaraq ABŞ-nin təşəbbüsü ilə formalaşıb və İsrail İran ərazisində hərbi obyektlərin, hərbi sənaye infrastrukturlarının vurulduğunu, ABŞ ilə  koordinasiyada hərbi liderlərin sıradan çıxarıldığını, eləcə də bir sıra atom fiziklərinin öldürüldüyünü nümayiş etdirir.


Analitik qeyd edib ki, risk daha çox İranın "Hizbullah" üzərindən cavab addımlarına yönəlib. Bu şəraitdə İsrailin yaxın vaxtda İrana yenidən genişmiqyaslı hücumu üçün ciddi əsas görünmür; ehtimallar İranın Livandakı Hizbullah vasitəsilə cavab zərbələrinə üstünlük verəcəyini göstərir. Tehran "Hizbullah"ı birbaşa və ya dolayı yolla silahlandırmaqla İsrailin bu təşkilatın tərksilahına yönəlmiş əməliyyatlarını zəiflətməyə cəhd göstərə bilər.


Ekspert vurğulayıb ki, Hizbullahın aktivləşməsi ABŞ-nin prosesə müdaxilə riskini də artırır. Hazırkı siyasi-hərbi vəziyyətdə İsrail İranın açıq hücumuna yol verməməyə çalışsa da, atəşkəs hüquqi və siyasi təminata söykənmədiyindən yeni toqquşmalar ehtimalı qalmaqdadır.


Sədrəddin Soltan sonda əlavə edib ki, nə qədər ki, İran ABŞ ilə  danışıqlar masasına oturmayıb, Avropanın aparıcı üçlüyü – Böyük Britaniya, Fransa və Almaniya ilə intensiv diplomatik prosesə başlamayıb, Qəzza zolağında HƏMAS-ın və Livanda "Hizbullah"ın tərksilahı məsələləri həllini tapmayıb, bölgədə müharibə təhlükəsi gündəmdə qalacaq.

 Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
"Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 BTR-80: Sovet-Rusiya zirehli texnikasının ən çox yayılmış nümayəndəsi 17:32 “Napoli”də bir dövr başa çatdı: Konte getdi! 17:25 Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular... 17:19 “Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi! 17:13 “Bayquşlar” lider futbolçusunu komandada saxladı! 17:00 Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Bütün Xəbərlər