Bakı görüşü: İsrail Suriyaya “Misir modeli”ni təklif edir

Bakı görüşü: İsrail Suriyaya “Misir modeli”ni təklif edir
17.09.2025 15:42 Təhlil

Gələn həftə Bakıda Suriya ilə İsrail arasında təhlükəsizlik görüşü keçiriləcək. İsrail qarşı tərəfə Misirlə 1979-cu ildə imzalanmış sülh müqaviləsi modelinə əsaslanan razılaşma təklif edib.

TodayPress TV xəbər verir ki, təklifə görə, Dəməşqin cənub-qərb bölgəsi Suriya qoşunları və hava qüvvələrinin fəaliyyətinə məhdudiyyət qoyulmaqla üç zonaya bölünəcək. 


Bufer zona Suriyanın ərazisinə doğru 2 kilometr genişləndiriləcək, İsraillə sərhəddə isə qoşunların və ağır silahların yerləşdirilməsi qadağan ediləcək.


Bunun müqabilində İsrail Hermon dağı istisna olmaqla, qoşunların mərhələli şəkildə çıxarılmasına hazır olduğunu, eyni zamanda potensial zərbələr üçün İrana hava dəhlizinin saxlanılmasını təklif edir.

İsrailin Suriyaya təklif etdiyi bu razılaşma modeli regional balansa necə təsir edəcək?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Azər Qasımov bildirib ki, Suriyada hakimiyyət dəyişikliyi və bunun ardınca yaranan siyasi boşluq, yeni hakimiyyətin hələ zəif olması fonunda İsrailin təklif etdiyi razılaşma modelini Suriya üçün ən məqbul variant kimi dəyərləndirmək olar.


Onun sözlərinə görə, ölkənin parçalanma riski ilə üz-üzə qaldığı bir dövrdə bu təşəbbüs Suriyanın bölünməsinin qarşısını alan addım kimi görünür.

“Şübhəsiz ki, İsrail bu razılaşmada həm Suriyanın ərazi bütövlüyünün qarantı rolunda çıxış edir, həm də öz maraqlarını təmin etməyə çalışır. İranın nəzarətdə saxlanılması üçün dəhliz məsələsində isə Suriya hakimiyyətinin də maraqlı olması gözləniləndir. Çünki İranın hazırkı Dəməşq rəhbərliyinə qarşı mövqeyi aydındır. Belə şəraitdə İsrailin Suriya hava məkanından istifadə edərək İrana zərbə endirmək imkanı həm də Tehran üçün çəkindirici faktor ola bilər”, - deyə ekspert bildirib. 


A.Qasımov hesab edir ki, Misirin vaxtilə buna bənzər razılaşmanı imzaladığı halda Suriyanın bu addımdan imtina etməsi tarixi səhv olar:

“Əksinə, belə bir sənəd bölgədə geosiyasi balansı sabitləşdirə, həm Suriya, həm də İsrailə özünü daha təhlükəsiz hiss etməyə şərait yarada bilər. Xüsusən də ABŞ-nin Suriyanın yeni hakimiyyətinə loyallığı fonunda bu razılaşma region üçün əhəmiyyətli sabitlik təmin edə bilər”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Bütün Xəbərlər