Moskvanın vurulmasının bədəli - Azərbaycanlılara milyonlarla ziyan dəydi, çarəsizdirlər

Moskvanın vurulmasının bədəli - Azərbaycanlılara milyonlarla ziyan dəydi, çarəsizdirlər
19.06.2026 15:34 Təhlil

Hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov Moskvadakı "Sadovod" bazarında çalışan azərbaycanlıların ağır maddi zərərlə üzləşdiyini bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə "Facebook" hesabında paylaşım edib.


Müşfiq Abbasov qeyd edib ki, 10 gün əvvəl "Sadovod" bazarında olub və özünə pencək almaq üçün təxminən 15-20 mağazaya baş çəkib. Onun sözlərinə görə, daxil olduğu bütün mağazalarda satıcılar azərbaycanlı olub.

"Bu bazar bütünlüklə azərbaycanlılardan ibarətdir. Yüzlərlə azərbaycanlı burada işləyib Azərbaycandakı ailəsinə pul göndərir. İndi bu bazar məhv oldu. Burada işləyən azərbaycanlılara milyonlarla ziyan dəydi", – deyə o bildirib.

Abbasovun sözlərinə görə, bəzi sahibkarlar banklardan külli miqdarda kredit götürərək mal alıblar, lakin həmin mallar da məhv olub.

"Elə adamlar var ki, banklardan külli miqdarda kredit götürüb mal alıb. Həmin mallar artıq məhv oldu. Adamlar çarəsizdir. Gözlər sığortaya dikilib. Sığortanın isə həmin ziyanı qarşılaması sual altındadır", – paylaşımda qeyd olunub.

O vurğulayıb ki, müharibə insanlara yalnız fəlakət gətirir və gec-tez dayansa da, itirilənləri geri qaytarmaq mümkün olmur.

Sonda hüquqşünas, sabiq müstəntiq Moskvada zərər çəkən həmyerlilərimizə səbir arzulayıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər