Ağ Evdən "MÜHARİBƏ HESABI": "Pulu onlar ödəsin!"

Ağ Evdən "MÜHARİBƏ HESABI": "Pulu onlar ödəsin!"
02.04.2026 16:25 Təhlil

ABŞ Vaşinqtonun İrana qarşı hərbi əməliyyatının xərclərini ərəb dövlətlərinin ödəməsində maraqlıdır. 

Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirilən ənənəvi brifinqdə bildirib.


“Düşünürəm ki, Birləşmiş Ştatlar Prezidenti Donald Tramp onları buna təşviq etməkdə çox maraqlı olardı. Bu məsələdə ondan (Amerika lideri) önə keçməyəcəyəm. Amma əminəm ki, onun bu fikri var”, - deyə o, Vaşinqtonun ərəb ölkələrinin İrana qarşı əməliyyatını maliyyələşdirməsini istəyib-istəməməsi sualına cavab olaraq bildirib.

Ərəb ölkələri müharibənin xərclərini öz üzərlərinə götürəcəklər? Ümumiyyətlə, onlar Trampın bu istəyini qəbul edəcəklərmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Fəqani Məhərrəmli Yaxın Şərqdə baş verən proseslərin arxasında həm açıq, həm də gizli məqsədlərin dayandığını bildirib:


“Yaxın Şərqdə, xüsusilə Bəsrə körfəzi hövzəsində baş verən hadisələrin çoxşaxəli səbəbləri ilə yanaşı, bilinməyən məqsədləri də var. Məsələ ondadır ki, bu hövzədə fərqli məzhəb və təriqətlərlə idarə olunan dövlətlər var və qlobal oyunçular bu ziddiyyətlərdən öz xeyirləri üçün istifadə edirlər. Nəzərə alsaq ki, bölgə neft-qaz ehtiyatları və ixracı sarıdan çox zəngindir, onda hadisələrin niyə başladığını və hansı istiqamətdə inkişaf edəcəyini təxmin etmək olar. Xatırlamaq yerinə düşərdi ki, 1991-ci ildə Səddam Hüseyni Küveyti işğala həvəsləndirən də, sonra Ərəb şeyxlərindən küllü miqdarda pul müqabilində onu yerində oturdanlar da eyni qüvvələr — qlobal güclər idi. Bu gün aktorların bir qismi dəyişsə də, məqsəd eynidir”.

Onun sözlərinə görə, müharibənin gedişində körfəz ölkələrinin mövqeyi həlledici amillərdən biri olacaq:

“Hələ müharibənin ilk günlərindən Körfəz Ərəb ölkələrinin bu savaşa qoşulmalarının zəruriliyi ABŞ rəsmiləri, ekspertləri və Ağ Evə yaxın olan media orqanları tərəfindən dilə gətirilirdi. Lakin bu günədək hər nə qədər ABŞ-nin hərbi bazaları səbəbindən İran raketlərinin hədəfi olsalar da, körfəz ölkələri bu savaşa qoşulmurlar”.

F.Məhərrəmli hesab edir ki, ABŞ-nin son bəyanatları əslində region ölkələrinə yönəlmiş mesaj xarakteri daşıyır:


“Fikrimcə, ABŞ Prezidenti başda olmaqla bu ölkənin rəsmilərinin son günlərdə “müharibə 2-3 günə bitir”, “Amerika ordusu bölgədən ayrılacaq”, “İranla anlaşdıq” kimi bəyanatları məhz körfəz ölkələrinə mesaj mahiyyəti daşıyır. Yəni Ərəb ölkələrinə bildirilir ki, əgər siz müharibənin maliyyə tərəfini öz üzərinizə götürməsəniz və savaşa qoşulmasanız, ABŞ çəkiləcək və siz İranla üz-üzə qalacaqsınız”.

Politoloq əlavə edib ki, yaxın perspektivdə müharibənin daha da genişlənməsi ehtimalı yüksəkdir:

“Savaşın xeyli uzun çəkəcəyi ehtimalının real olduğunu və İranla körfəz ölkələri arasındakı ziddiyyətlərin çox dərin olduğunu nəzərə alsaq, ehtimal etmək olar ki, yaxın perspektivdə BƏƏ və Səudiyyə Ərəbistanı başda olmaqla digər körfəz ölkələri də Amerikanın yanında yer alaraq İranla savaşa qoşulsunlar və müharibənin trilyonlarla ölçüləcək maliyyə xərclərini də öz üzərlərinə götürsünlər”, - deyə F.Məhərrəmli fikrini tamamlayıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Bütün Xəbərlər